Xarici mətbuat, 19 aprel 2021

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1623812
Xarici mətbuat, 19 aprel 2021

"azertag.az": Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində

"tnerd.az": Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qarabağa aid sənədli film istehsal olunub

"Al-Raya Al-Katariya" (Qətər): Prezident Rəcəb Tayyib Ərdoğan: "İndiyə qədər 20 milyon vətəndaşımız (koronavirusa qarşı) peyvənd olundu.

"VATAN" (Oman): Pandemiya səbəbi ilə dünya miqyasında doğuşlarda böyük azalma

"El-Mustakbal" (Livan): Amerika Birləşmiş Ştatları: İranın nüvə sazişinə uyğun olduğundan əmin oluna qədər sanksiyaları ləğv etməyəcəyik.

"El País" (İspaniya): "Covid-19": İngilis variantı hazırda İspaniyadakı yoluxmaların 80- faizdən çoxuna səbəb olur, ancaq xəstəxanalarda ciddi problem yoxdur
"La Vanguardia" (İspaniya): Madriddə böhrandan təsirlənən minlərlə ailənin İspaniyanın ən zəngin bölgəsindəki humanitar yardım təşkilatlarına ehtiyacı var

"El Comercio" (Ekvador): Ekvador Milli Seçki Şurası: Guillermo Lasso rəsmi olaraq Ekvadorun seçilmiş prezidentidir

"Deutsche Welle": Almaniya prezidenti Frank-Valter Ştaynmayer: "İztirabını gözdən yayındıran cəmiyyət bundan əziyyət çəkər". Almaniyada "Covid-19" pandemiyasında həyatını itirənlərin xatirəsini yad etmək üçün paytaxt Berlində rəsmi mərasim təşkil edildi.

"Frankfurter Rundschau": May ayında Almaniyada peyvənd üçün heç bir prioritet tələb olunmayacaq. Risk qrupundan asılı olmayaraq, yetkinlərə vaksin tətbiq olunacaq.

"Süddeutsche Zeitung": Xristian Demokrat İttifaqında (CDU/CSU) parçalanma qorxusu. Almaniyada Xristian Sosial Birlik Partiyasının (CSU) başçısı Markus Söder və Xristian Demokratik Birlik Partiyasının (CDU) başçısı Armin Laşetin baş nazirlik üçün amansızcasına yarışı Xristian demokratik birliyi daxilində gərginlik yaradır.

"Le Parisien": ABŞ-da yetkinlərin yarısına ən azı bir doza peyvənd tətbiq olundu

"Le Monde": "Covid-19": (Fransa prezidenti) Emmanuel Makron "Mayın əvvəlində məhdudiyyətləri ləğv etmək" hədəfini bir daha təsdiqlədi

"France 24": Ukrayna: Emmanuel Makron Rusiya ilə dəqiq qırmızı xəttlər qurmaq istəyir

"Ria Novosti" agentliyi: Rusiya Xarici İşlər Nazirliyi 20 Çex diplomatını "persona non grata" elan etdi

"RT" xəbər saytı: (Rusiya Parlamenti) Duma sədri Sergey Volodin ABŞ-ın Rusiyaya qarşı sənaye və enerji sahələrində yeni sanksiyalar tətbiq edə biləcəyini söylədi.



Әlaqәli Xәbәrlәr