Xarici mətbuat, 15 aprel 2021

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1621593
Xarici mətbuat, 15 aprel 2021

"azertag.az": Müzəffər Ali Baş Komandan İlham Əliyev: Vətən müharibəsinin hər günü bizim şanlı tariximizdir

"trend.az": Prezident İlham Əliyev: Minsk qrupunun nə ilə məşğul olacağı bizə hələ məlum deyil

"el-Düstur" (İordaniya qəzeti): Birləşmiş Millətlər Təşkilatı (BMT) Fransadakı müsəlmanlara qarşı nifrət hərəkətlərinı qınadı

"el-Quds el-Arabi" (Ərəb - İngilis qəzeti): Şimali İraqda Ərbil hava limanının yaxınlığına raket düşdü.

"el-Raye el-Qatariyye" (Qatar qəzeti): Vaşinqton Livan liderlərini hökumət qurmaq üçün yumşaq üslubdan istifadə etməyə çağırır.

"tagesspiegel.de": Avropada koronavırusdan ölənlərin sayı 1 milyonu keçdi. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyada "kritik" bir nöqtəyə gəlindiyi barədə xəbərdarlıq etdi.

"Deutsche Welle": Almanların apardığı bir sorğuya görə, Almaniyanı "evi" olaraq görən türklərin sayı artmaqdadır - Türklər son 20 ildə Almaniyaya daha çox inteqrasiya oldular.

"Welt.de": NATO 1 may tarixindən etibarən bütün qoşunlarını Əfqanıstandan çıxaracağını açıqladı.

"Expansión" (İspaniya): OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) İspaniyadan bərpa olunana qədər vergiləri artırmamağı xahiş edir.

"El Confidencial" (İspaniya): İspaniya Əfqanıstandakı əsgərlərini ABŞ və digər müttəfiqləri ilə həmahəng çıxaracaq.

"Telesur" (Venesuela): (Katoliklərin dini lideri) Papa Fransisk, Argentinanın borc danışıqlarında Beynəlxalq Valyuta Fondu (BVF) ilə vasitəçilik edəcək.

"Le Parisien": Notre-Dame kilsəsinin bərpası: "Dözəcəyik və yenidən quracağıq" deyə Fransa Prezidenti Emmanuel Makron vəd verdi.

"Le Monde": Fransada "Covid-19" səbəbiylə 100.000 ölüm; uzun müddətdə izləri aydın olmayan bir travma

"Le Figaro": Fransa parlamenti 18 yaşından kiçik şəxslərə qarşı cinsi zorakılıq haqqındakı qanunu qəbul etməyə hazırlaşır.

"RİA Novosti": "Bloomberg" xəbər agentliyinə görə, ABŞ rəhbərliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
"Lenta.ru": Almaniya kansleri Angela Merkel və ABŞ prezidenti Co Bayden Rusiyanı Ukrayna sərhədlərindəki hərbi mövcudluğunu artırmamağa çağırdı

"Vedomosti": Rusiyanın Federal Dövlət Statistika Xidmətinin ("Rosstat") açıqlamasında Rusiyada gəlirləri yaşayış minimumundan aşağı olan vətəndaşların sayının azaldığı bildirildi.



Әlaqәli Xәbәrlәr