Xarici mətbuat, 13 aprel 2021

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1620001
Xarici mətbuat, 13 aprel 2021

"azertag.az": Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

"trend.az": Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı

"Aljazeera": Türkiyə Liviyanın Baş naziri (Əbdülhəmid) Dibeybe ilə bir neçə müqavilə imzaladı və (Prezident Rəcəb Tayyib) Ərdoğan Milli Birlik Hökumətinin səlahiyyətinin və suverenliyinin bütün ölkəyə yayılmasını istədi.

"Elqudus Elarabi": Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı: Suriya rejiminə aid bir helikopter 2018-ci ildə Saraqibə xlor qazı ilə hücum etdi.

"Elraya": Qətər Qızıl Aypara Cəmiyyəti dünya miqyasında 20 ölkədə ev-eşiyindən edilən insanlar və miqrantlar üçün "Covid-19" peyvəndləri təmin etmək üçün beynəlxalq bir kampaniya başlayır.

"Le Figaro": "Covid-19": Epidemiyanın kölgəsində keçən ikinci Ramazan başlayır, Avropada virus bir milyon insanın ölümünə səbəb oldu

"France 24": Fransada 55 yaşdan yuxarı insanların peyvəndi bazar ertəsindən başlayacaq

"Deutsche Welle": Almaniya kansleri (Angela) Merkel Ramazan ayının başlaması münasibətilə müsəlmanlar üçün mesaj verdi.

"Frankfurter Rundschau" qəzeti: Almaniyada hakim Xristian Birlik partiyaları (CDU/CSU) 26 sentyabrda keçiriləcək ümumi seçkilərdə kimin ortaq baş nazir namizədi olacağını müəyyənləşdirməyə çalışır.



Әlaqәli Xәbәrlәr