Xarici mətbuat, 12 aprel 2021

“Al-Raya”, “Al-Dustour”, “Al-Quds Al-Arabi”, “Le Parisien”, “Le Monde”, “Le Figaro”, “El Pais”, “El Mundo”, “TeleSur”, “Deutsche Welle”, “WAZ” və “Tagesschau.de” bu gün nələrdən yazır?

1619310
Xarici mətbuat, 12 aprel 2021

 

“Al-Raya” (Qətər): Liviya Hökumət Şurasının sədri Məhəmməd əl-Mənfi “Türkiyə ilə ortaq maraqları qoruyacağıq” dedi.

“Al-Dustour” (İordaniya): Hesabatlar İsrailin kiber hücumla İran nüvə reaktoru Nətanzı hədəf aldığını göstərir.

“Al-Quds Al-Arabi”: İordaniyanın qərbində bir tunelin çökməsi nəticəsində 1 adam ölüb, 6-sı yaralanıb.

“Al-Quds Al-Arabi”: Amerika Birləşmiş Ştatlarının sabiq ədliyyə naziri və İraqın devrilmiş başçısı Səddam Hüseynin vəkili Ramsey Klark vəfat etdi.

“Le Parisien”: Fransada 2022-ci il prezident seçkiləri üçün solçular öz aralarında müzakirəyə hazırdır, ancaq tək namizəd ehtimalından uzaqdırlar.

“Le Monde”: Paris məscidi Ramazan ayının Fransada 13 apreldə başlayacağını təsdiqlədi.

“Le Figaro”: İkisi fransız olan katolik 7 din adamı (2 rahibə və 5 keşiş) Haitidə qaçırıldı.

“El Pais” (İspaniya): İspaniyada baş nazir Pedro Sançez və baş nazir müavini Yolanda Diaz koalisiyanın davam etdirilməsi üçün lazım olan addımların atılmasının sürdürüləcəyini söylədi.

“El Mundo” (İspaniya): İqtisadi böhran gənc məşğulluğunu da vurdu; bu gün gənc işçilər 1980-ci ildəki yaşıdlarına görə 50 faizə çatan nisbətdən daha aşağı maaş alır.

“TeleSur” (Venesuela): Ekvadorda prezident seçkilərinin ikinci mərhələsinin qalibi 52,52 faiz səslə Quillermo Lasso oldu.

“Deutsche Welle”: Robert Koç İnstitutunun açıqladığı məlumata görə, Almaniyada əhalinin 15 faizinə “Covid-19” peyvəndinin birinci dozası vurulub, ikinci doza nisbəti isə 5,9 faizdir.

“WAZ”: Almaniya infeksiya qanununda dəyişiklik edilməsini planlaşdırır. Beləcə, epidemiya ilə mübarizədə hökumətin səlahiyyətlərinin artırılması və ölkənin bütün əyalətlərində ortaq qaydaların tətbiq olunması nəzərdə tutulur.

“Tagesschau.de”: Almaniya kansler namizədi sorağındadır, Xristian Birlik Partiyasının həmsədrləri Armin Laşet (CDU) və Markus Söder (CSU) namizədliklərini irəli sürdülər.



Әlaqәli Xәbәrlәr