Xarici mətbuat, 7 aprel 2021

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1616204
Xarici mətbuat, 7 aprel 2021

"azertag.az": Aprelin 6-da İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ermənistanın müharibə cinayətləri ilə yaxından tanış olmaq üçün Gəncədə səfərdə olublar.

"kaspi.az": İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında iki hərbçimiz xəsarət alıb.

"Le Monde": "Covid-19"dan əvvəlki həyata qayıdış, peyvəndlənməyə baxmayaraq iddialı bir hədəf

"Le Figaro": (Paris Bələdiyyə rəhbəri) Anne Hidalqo Parisdəki çirklənməyə qarşı fəaliyyət göstərməməkdə günahlandırılır

"France 24": Avropa İttifaqı (Aİ) liderləri gərginliyi azaltmaq üçün Türkiyədədir

"Zeit.de": Kassel şəhəri NSU (Milliyyətçi Sosialist Yeraltı) qurbanı Halil Yozgatının ölümünün 15-ci ildönümünə həsr olunan mərasim keçirdi

"Frankfurter Allgemeine Zeitung": Avropa Dərman Agentliyi EMA-ya görə "AstraZeneca" koronavirus peyvəndi ilə tromboz halları arasında əlaqə var

"Salzburger Nachrichten" (Avstriya): İran və ABŞ Vyanada nüvə razılaşmanın xilası üçün danışıqlara başladı

"El País" (İspaniya): (Beynəlxalq Valyuta Fondu) BVF İspaniyada ən erkən 2027-ci ilə işsizliyin pandemiyadan əvvəlki səviyyələrə qayıda bilməyəcəyinə inanır

"Infobae" (Argentina): Birləşmiş Krallıq trombozla (qan laxtalanması) ehtimal əlaqələrini araşdırarkən Oxford Universiteti uşaqlar üzərindəki "AstraZeneca" peyvənd sınaqlarını dayandırdı

"Telesur" (Venesuela): Təxminən 190 ölkədə "Covid-19" peyvəndini tətbiq etməyə başlayıb

"Al-Jazeera": "New York Times": İsrail Vaşinqtona qüvvələrinin Qırmızı dənizdə İran gəmisini vurduğunu bildirdi

"Al dastur" (İordaniya): Amerika Birləşmiş Ştatları sanksiyaları qismən ləğv etməyə hazır olduğunu bildirdi. Tehran isə sanksiyaların tamamilə ləğv edilməsinə çağırır

"Gazetem.ru": Peskov: "Ukrayna  əsil NATO-ya daxil olarsa parçalanar. Ukrayna prezidenti (Volodomir) Zelenskinin NATO-ya üzvlüklə bağlı açıqlamalarını yozumlayan Kremlin sözçüsü Dmitriy Peskov Ukraynanın ehtimal olunan NATO üzvlüyünün yalnız ona zərər verəcəyini söylədi.

"İzvestiya": Fransız Liberation qəzetinə verdiyi müsahibədə Ukrayna Xarici İşlər Naziri Dmitriy Kuleba Donbasda müharibə başlatmaq istəmədiklərini, yalnız əsgərlərinə hücum təhlükəsi olduqda atəş edəcəklərini bildirdi.

"TASS": "Zoom" şirkəti proqramının Rusiya dövlət şirkətləri tərəfindən istifadəsini məhdudlaşdırdı.



Әlaqәli Xәbәrlәr