Xarici mətbuat, 17.03.2021

Xarici informasiya vasitələrində gündəmə dair dərc olunan bəzi xəbərlərdən başlıqlar.

1602797
Xarici mətbuat, 17.03.2021

“Le Monde”: Fransa Baş Naziri Jean Castex, ölkədə koronavirusun (Kovid-19) bir çox variantının aşkarlandığını və beləcə üçüncü dalğanın yaşanmağa başladığını bildirib.

“France 24”: Aİ-na görə koronavirus əleyhinə AstraZeneca peyvəndinin faydaları yaratdığı risklərdən daha çoxdur.

“Le Soir”: Belçikada AstraZeneca peyvəndi vurulanlardan altısında qan probleminin yarandığı müşahidə olunub.

“RND.de”: Afina və Ankara təbii qaz probleminin həllinə dair dialoq zəmini axtarır.

“dpa”: Almaniyada koronovirus epidemisayının təsiri ilə 2020-ci il iqlim hədəfinə çatıldı.

“Süddeutsche Zeitung”: Avropa Dərman Agentliyi “EMA”-ya görə “AstraZeneca” peyvəndinin faydaları risklərindən daha çoxdur.

“Əl-cəzirə”: 4 ərəb ölkəsi ilə yeni normallaşma münasibətlərindən danışan

 İsrail Baş naziri Binyamin Netanyahu sabah (18.03.2021) Birləşmiş Ərəb Əmirliklərinə səfər etməyi planlaşdırır.

“Əl-Cəzirə”: Beynəlxalq Atom Enerjisi Agentliyi İranın Natanz nüvə stansiyasında uranı zənginləşdirmə işlərinə başladığını bildirib.

“Al-Quds Al-Ərəbi”: Suriya İnsan Haqlarını izləmə mərkəzindən yayılan şərhdə “Daraada Suriya rejiminə mənsub 21 əsgərin silahlı şəxslərin pusqusuna düşdüyü bildirilib.

“REGNUM”: Rusiya Xarici İşlər Nazirliyi: “Rusiya ilə Türkiyə arasındakı əməkdaşlıq qarşılıqlı hörmət prinsipinə əsaslanır”.

“RİA Novosti”: Amerika Birləşmiş Ştatları (ABŞ) kəşfiyyatı Rusiyanı seçkilər zamanı ABŞ Prezidenti Joe Biden-in qarşısını almağa çalışmaqda günahlandırıb.

Kommersant”: Ukrayna Sərhəd Təhlükəsizliyi Agentliyi Rusiyanı hava məkanını pozmaqda günahlandırıb.

 “Lenta.ru”: Rusiyanın “Sputnik V” peyvəndi Avropa 'peyvənd pasportuna' daxil ediləcək.

“El Pais” : İspaniya Hesablama Məhkəməsi, Kataloniya Muxtar Bölgəsinin İspaniyadan müstəqilliyini müdafiə edən məhbusların səbəb olduqları maddi ziyanı ödəmək məcburiyyətində olduqlarını nəzərdə tutan qərarı təsdiqləyib.

“El Mundo”: İspaniya İqtisadiyyat Naziri Yolanda Díaz baş nazir müavini vəzifəsinə təyin edilir.

 



Әlaqәli Xәbәrlәr