Xarici mətbuat, 16 mart 2021

Xarici mətbuat və veriliş orqanlarında gündəmə dair dərc olunan bəzi xəbərlərin başlıqları

1601940
Xarici mətbuat, 16 mart 2021

“Welle”: AstraZeneca əczacılıq şirkətinin istehsal etdiyi koronavirus əleyhinə peyvəndinin istifadəsi bir çox ölkədə olduğu kimi Almaniyada da dayandırıldı.

“tagesschau.de”: Almaniya hökuməti epidemiya səbəbiylə turistik səyahətlərdən imtina edilməsini istəyib.

“N.Tv.de”: Alman avtomobil nəhəngi Volkswagen (VW), elektrikli avtomobillərdə istifadə olunan akkumulyator hüceyrələrinin istehsalı üçün Avropada cəmi altı fabrik qurmağı planlaşdırır.

“La Vanguardia”: İspaniyada Baş nazir müavini Pablo Iglesias hökumətdən istefa edərək Madrid muxtar idarəsinə keçiriləcək seçkilərə namizəd oldu.

“El Pais” İspaniya: Avropa İttifaqına üzv ölkələrdə AstraZeneca peyvəndi tətbiq olunanlardan bəzilərində qan laxtalanma hadisələri qeydə alındıqdan sonra İspaniya da Kovid-19 əleyhinə AstraZeneca peyvəndin istifadəsini dayandırıb.

“Infobae” Argentina: Ümumdünya Səhiyyə Təşkilatı ölkələrə Kovid-19 əleyhinə AstraZeneca peyvəndindən istifadə etmələri haqda çağırış edib.

“Aljazeera”: Prezident Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden-dan Suriyadakı müharibənin bitirilməsinə dair verilən vədlərə əməl edilməsini istəyib.

“Elquds elarabi”: İraqda ABŞ əsgərlərinin yerləşdiyi hərbi bazaya Katyuşa raketlərlə hücum təşkil edilib.

“Elraya”: Qətər Suriyada həqiqi və hərtərəfli siyasi keçid haqda çağırış edib.

“Le Monde”: Paris bölgəsinin yenidən karantinası məsələsinə görə Fransa Prezidenti Emmanuel Macron hərəkətə keçmək məcburiyyətində qaldı.

“Le Figaro”: İngiltərə Soyuq Müharibədən sonra ilk dəfə nüvə gücünü artıracaq. “Le Parisien”: Fransa Prezidenti Emmanuel Macronun seçki kampaniyasında verdiyi vədlərlə hesablaşma vaxtı yaxınlaşır.

“RİA Novosti”: Rusiya ABŞ istiqrazlarına yatırımını 6.145 milyard dollara qədər artırdı.

“Regnum”: Kovid-19-un Cənubi Afrikadakı mutasiyası Rusiyada ilk dəfə iki nəfərdə aşkarlanıb.

“TASS”: S7 Airlines-in Novosibirsk-Irkutsk reysi, mühərrikindəki nasazlıq səbəbiylə havaya qalxdıqdan qısa müddət sonra havalimanına qayıdıb.



Әlaqәli Xәbәrlәr