Xarici mәtbuat: 02 mart 2021

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1593336
Xarici mәtbuat: 02 mart 2021

 

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

‘‘Azәrtac’’ (Azәrbaycan): Vüqar Rəhimzadə: Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir.

‘‘Azәrtac’’ (Azәrbaycan): Vüqar Rəhimzadə: Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir.

‘‘Azәrtac’’ (Azәrbaycan): Prezident İlham Əliyevin mətbuat konfransı – Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti qələbəsi.

‘‘el-Düstur’’ (İordaniya qәzeti): Yәhudilәr Mәscidi Әqsa mәscidinin qarşısında әllәrindә alkoqollu içkilәrlә rәqs etdilәr.

‘‘el-Quds el-Arabi’’ (Sәudiyyә-İngiltәrә): Birlәşmiş Millәtlәr Tәşkilatının İnsan Hüquqla üzrә Ali Komissarlığı: ‘‘Amerika Birlәşmiş Ştatlarının Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Mәhәmmәd bin Salmanı Camal Qaşıqçı cinayәtinә görә cәzalandırması tәhlükәlidir’’.

‘‘el-Quds el-Arabi’’ (Sәudiyyә-İngiltәrә): Birlәşmiş Әrәb Әmirliklәrinin İsraildәki sәfiri vәzifәsinә tәyin olunan Mәhәmmәd Mahmud Әl Haca etimad mәktubunu İsrail prezidenti Reuven Rivlinә tәqdim edib.

‘‘el-Raye el-Qatariyye’’ (Qәtәr qәzeti): Amerikaya mәxsus döyüş gәmisi Sudanın Port Sudan şәhәrindә lövbәr saldı.

‘‘Le Figaro’’: Fransa prezidenti Emmanuel Makron bu gün axşam saatlarında Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanla onlayn qaydada görüşәcәk.

‘‘Le Soir’’: Ümumdünya Sәhiyyә Tәşkilatının mәlumatına görә, bu ilin sonunadәk koronavirusun qarşısını almaq mümkün olmayacaq.

‘‘Le Monde’’: ‘‘Covid-19’’: Avropa Komissiyası bu ay әrzindә ‘‘peyvәn vәsiqәsi’’ layihәsini tәqdim edәcәk.

‘‘Deutsche Welle’’: Almaniyada koronavirusla bağlı görülәn tәdbirlәrdәn sonra yenidәn fәaliyyәtә başlayan gözәllik salonnarına gedәnlәrin sayı artıb.

‘‘Tagesschau.de’’: Ümumdünya Sәhiyyә Tәşkilatının mәlumatına görә, koronavirusa yoluxanların sayı artmaqda davam edir.

TASS: ‘‘Reuters’’ xәbәr agentliyi Amerika Birlәşmiş Ştatlarının martın 2-dә müxalifәt lideri Aleksey Navalnının vәziyyәti sәbәbindәn Rusiyaya qarşı yeni sanksiyalar tәtbiq edәcәyini bildirdi.

‘‘Kommersant’’ qәzeti: Ukraynanın tәbii qaz şirkәti olan Naftoqazın rәhbәri Andrey Kobolev Ukraynanın ‘‘Şimal axını-2’’ tәbii qaz boru xәttinin tamamlanması ehtimalına hazırlıqlı olduğunu söylәyib.

‘‘El Pais’’ (İspaniya): İspaniyada koronavirusa qarşı görülәn tәdbirlәrin nәticәlәrinә dair ‘‘Tәdbirlәrin görüldüyü bölgәlәrdә  mәhdudiyyәtlәr nә sәbәbdәn tәsirli deyil’’ adlı araşdırmaya әsasәn, mәhdudiyyәtlәrin tәtbiq edildiyi bölgәlәrin tәtbiq olunmayan  bölgәlәr ilә müqayisәdә çox fәrqli olmadığını göstәrdi.

‘‘El Mundo’’ (İspaniya): İspaniyalı rep ifaçısı Pablo Haselin saxlanılması ilә әlaqәdar keçirilәn etirazlar zamanı gәrginliyin sәviyyәsi artıb.

‘‘TeleSur’’: Peru Prokurorluğunun keçmiş rәhbәri Alberto Fujimori vә üç keçmiş sәhiyyә naziri barәlәrindәki cinayәtlәr vә şikayәtlәrlә bağlı mühakimә olundular.

 



Әlaqәli Xәbәrlәr