Xarici mətbuat, 24 fevral 2021

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1589659
Xarici mətbuat, 24 fevral 2021

"azertag.az": Fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

"trend.az": Azərbaycan və Türkiyə diasporları tarixi birgə araşdırır

"Deutsche Welle": Türkiyə Egey dənizi sularında araşdırma aparan "TCG Çeşmə" gəmisinin Yunanıstana məxsus qırıcılar tərəfindən təcavüzə uğradığını açıqladı.

"Die Presse.com": Almaniyadakı Hərbi Kəşfiyyat Xidmətinin hesabatına görə, Almaniya ordusu içərisində ultra sağçı olma şübhəsi ilə araşdırılan işlərin sayı artdı.

"Tagesschau.de": Federal hökumət və Almaniyadakı əyalətlər peyvəndləmə növbəsində müəllimlərə üstünlük verməyi qəbul etdilər.

"Al-Quds Al-Arabi": Egeydə yeni gərginlik .... Yunan döyüş təyyarələri bir Türkiyə gəmisini narahat etdi və Ankara dərhal cavab verdi

"Al-Dustour" (İordaniya): İran nüvə obyektlərində xüsusi nəzarət sazişindən çıxdığını elan etdi.

"AL Jazeera": ABŞ Prezidenti Co Bayden və İraqın Baş naziri Mustafa  əl-Kazemi (telefonla) ilk görüşlərində raket hücumlarını dayandırmaq və DAEŞ ilə mübarizə haqqında danışıblar

"Le Figaro" (Fransa): Yoluxma sayı ölkədəki orta göstəricidən dörd dəfə çox olan Dunkerque şəhəri yeni məhdudiyyətlərdən narahatdır

"Le Monde" (Fransa): 500.000 fransızın tibbi məlumatları internetə sızdırılıb

"El Pais": (İspaniya) İspaniyadakı koalisiya tərəfdarı Podemos Partiyasının lideri Pablo İqlesias Baş nazir Pedro Sançesə kirayə artımlarını məhdudlaşdırmayan bir mənzil qanunu qəbul etməyəcəyini bildirdi.

"El Mundo": (İspaniya) İspaniyanın ən varlı iki iş adamı 85 yaşlı Amankio Ortega və 71 yaşlı Fernando Roiq eyni çətinliklərlə eyni anda qarşılaşırlar: "Covid-19"un yaratdığı iqtisadi böhrandan xilas ola və İnternet satışlarındakı artım qarşısında mağazalarında işləyən təxminən 140 min işçini böhranın təsirindən qoruya bilmək.
"TeleSur": (Venesuela) Ekvador həbsxanalarındakı qiyam nəticəsində 75 məhkum öldü.

"Kommersant" qəzeti: Rusiyanın dövlət borcu 2020-ci ildə 40 faiz artdı.

"Vedomosti" xəbər saytı: Ermənistanın Baş naziri Nikol Paşinyan son Karabağ müharibəsində Rusiya istehsalı olan "İsgəndər" raketlərinin işləmədiyini söylədi.

"Lenta.ru" xəbər saytı: 100 Amerika şirkəti və 9 təşkilat "Orion" adlı proqramın köməyi ilə rus hakerlər tərəfindən təşkil edildiyi iddia edilən kiber hücumdan təsirləndi.



Әlaqәli Xәbәrlәr