Xarici mətbuat, 23 fevral 2021

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1588843
Xarici mətbuat, 23 fevral 2021

"azertag": Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Sırxavənd kəndinin videogörüntülərini yayıb.

"trend.az": Bu gün Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri Türkiyənin paytaxtı Ankarada üçtərəfli görüş keçirəcəklər.

"Le Monde": ABŞ-da 21 fevral 1965-ci il tarixində sui-qəsd nəticəsində dünyasını dəyişən siyasi xadim və insan haqları müdafiəçisi  Malkolm X-in ailəsi cinayət istintaqının yenidən başlamasını istəyib.

"France 24": Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) varlı ölkələri yoxsul ölkələrə peyvənd paylanmasına xələl gətirməkdə ittiham edir.

"Le Soir": ABŞ Prezidenti Co Bayden koronavirusdan ölənlərin sayı yarım milyonu keçdiyindən bayraqların yarıya endirilməsi barədə göstərib verib.

"Al-Raya Al-Katariya" (Qətər): Alimlər: Peyvəndləmə işlərinin yavaş olması  yeni növlərin ortaya çıxmasını artırır

"VATAN" (Oman): Ümumdünya Səhiyyə Təşkilatı: hələ kifayət qədər kütləvi immunitetə qovuşan saya çatılmadı"

"El-Mustakbal" (Livan): İran lideri Əli Xamenei: "Heç kim İranın nüvə silahı əldə etməsinə mane ola bilməz".

"El Pais" (İspaniya): "Perseverance" (Marsa göndərdiyi kosmik gəmi ) tarixdə ilk dəfə Marsa endiyini göstərən bir video çəkdi.

"El Mundo" (İspaniya): Venezuela: Avropa İttifaqı Çavez tərəfdarı 19 idarəçiyə; hakim, əsgər və polisə sanksiya tətbiq edir.

"Infobae" (Argentina): ABŞ-da (narkobaron) Çapo Guzmanın həyat yoldaşı Emma Koronel narkotik alveri ilə əlaqədar həbs olundu.

"Frakfurter Allgemeine Zeitung": Almaniyanın Köln şəhərindəki Hanau qurbanlarının fotolarına hücum.

"RTL Online": Almaniyada (yeni növ koronavirus (Covid-19) tədbirləri daxilində 10 əyalətdə uşaq bağçaları və ibtidai məktəblər açıldı 

"Tagesschau.de": İngiltərə 21 iyun tarixində bütün məhdudiyyətləri (Covid-19 səbəbiylə) ləğv edəcək.

"Vesti" qəzeti: Rusiyanın "Sputnik V" koronavirus peyvəndi Qırğızıstanda təsdiq olundu.

"Lenta.ru": Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Soçi şəhərində 6 saatdan çox davam edən görüş keçirdi.

"İzvestiya" qəzeti: ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın Rusiya tərəfindən həyata keçirilən "Şimal Axını-2" təbii qaz kəməri layihəsinə etiraz etməsinin yeganə səbəbinin geosiyasi olduğunu söylədi.



Әlaqәli Xәbәrlәr