Xarici mətbuat, 12 fevral 2021
Xarici mətbuat və veriliş orqaanlarında gündəmə dair əks edən bəzi xəbərlərdən başlıqlar

“Frankfurter Allgemeine Zeitung” : Almaniyada bir çox məktəb və uşaq bağçası 22 fevralda yenidən açılacaqdır.
“Süddeutsche Zeitung”: Almaniyada Daxili İşlər Naziri Horst Seehofer Çex Respublikası və Avstriyanın Tirol əyalətindən ölkəyə giriş qadağası qoymaq istəyir.
“dpa”: Federal Şura (Bundestaq) 1000-ci iclasını bu gün Prezident Frank-Walter Steinmeier-in çıxışı ilə qeyd edəcək
“Eldustour”: Səudiyyə Ərəbistanında Kovid-19 hadisələrinin tüğyan etməsi və bir müəzzin həyatını itirdikdən sonra 10 məscid ibadətə bağlandı.
“Elraya”: Qətər əmiri Şeyx Təmim ibn Həməd Al Tani, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə iki ölkə arasındakı strateji əlaqələri nəzərdən keçirdi.
“Elraya”: Qətər-Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlıq.
“Fransa 24” (Fransa): Dünya Səhiyyə Təşkilatı Afrika qitəsində bir ay ərzində Kovid-19 epideömiyasından ölənlərin sayında 40 faiz artım qeydə alındığını, bunun qayğı yaratdığını bildirib.
“Le Monde”: (Fransa): Fransada Kovid-19 epidemiyası hadisələrinin 25 faizinin İngilis variantı olduğu aşkarlanıb.
“Le Temps” (İsveçrə): İsveçrədə cəmi 530.932 koronovirus hadisəsi və 9.713 ölüm qeydə alınıb.
“regnum.ru”: Rusiya Prezidenti Vladimir Putin, 19-20 Fevral tarixlərində videokonfrans yolu ilə keçiriləcək Münhen Təhlükəsizlik Konfransına qatılmayacaq.
“TASS”: Prezident Rəcəb Tayyib Ərdoğan Koronavirus əleyhinə peyvəndin ikinci dozasını qəbul etdi.
“Lenta.ru”: ABŞ-ın yeni rəhbərliyi Krımın Rusiyaya aid olduğunu tanımaqdan və sanksiyaları ləğv etməkdən imtina etdi.
“La Vanguardia” (İspaniya): İki dərman, Kovid-19-un ən ağır hallarında ölüm hadisələrini 50 faiz azaltdı.
“Infobae” (Argentina): Ağ Ev ABŞ-da məktəblərin yenidən açılmasına dair qərar qəbul etmə səlahiyyətini Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə tapşıracaq.
“Telesur” (Venesuela): Braziliyada lazımlı tədbirlər həyata keçirilməmiş məktəblərin açılmasına etiraz aksiyaları keçirilir.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar