Xarici mətbuat, 10 fevral 2021

Xarici mətbuat və veriliş orqanlarında gündəmə dair əks olan xəbərlərdən başlıqlar.

1580650
Xarici mətbuat, 10 fevral 2021

"azertag.az": Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Kosmos Proqramının hədəflərini açıqlayıb

"trend.az": Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi baş tutub

"el-Quds el-Arabi" (Ərəb - İngilis qəzeti): Amerika Birləşmiş Ştatları Senatı üzvlərinin əksəriyyəti keçmiş prezident Donald Trampın mühakimə edilməsini konstitusiyaya uyğun hesab edir.

"el-Quds el-Arabi": İngiltərədə millət vəkilləri Qüdsdəki fələstinlilərin evlərindən "məcburi köçürülməsini" dayandırması üçün İsrailə təzyiq göstərirlər.

"Al-Raye el-Qatariyye (Qətər qəzeti): Türkiyə Körfəz sülhünü dəstəkləyir

"Deutsche Welle": Kansler Angela Merkel Almaniyada hazırda 14 fevrala qədər qüvvədə olan yeni növ koronavirus (Kovid-19) ilə mübarizə tədbirlərinin 1 marta qədər uzadılmasını istəyir.

"Tagesschau.de": Almaniyanın ixracına epidemiya zərbəsi - Rəsmi məlumatlara görə, ixrac nisbəti keçən il ilə müqayisədə 9-dan faizdən çox düşdü.

"FAZ.net": Avropa İttifaqı (Aİ) Komissiyasından 300 milyon doza əlavə "Pfizer" peyvəndi sifarişi

"La Vanguardia" (İspaniya): İspaniya Səhiyyə Nazirliyi "Astrazeneza" peyvəndi üçün prioritet qruplarını müəyyən etdi: Əvvəlcə əsgərlər, polis və müəllimlər peyvəndlənəcək

"El País" (İspaniya): İspaniya Mərkəzi Bankı və Qiymətli Kağızlar Bazarının Milli Komissiyası kriptovalyutaların "yüksək riski" barədə xəbərdarlıq edir

"Infobae" (Argentina): Venesuela Prezidenti Nikolas Maduro ilk 100 min rus peyvəndinin gələn həftə ölkəyə gələcəyini açıqladı

Rusiya xəbər agentliyi "RİA Novosti": Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ölkəsinin çoxqütblü dünya nizamının ən vacib qarantlarından biri olduğunu söylədi.

Rus xəbər portalı "Lenta.ru": Aİ Rusiya ilə əlaqəli əsrin qərarına yetişəcək. Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell Brüsselin Moskva ilə münasibətlərində "tarixi yol ayrıcında" olduğunu və əməkdaşlıq və qarşıdurma arasında seçim edəcəyini söylədi.

Rus qəzeti "İzvestiya": Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Vladivostokdakı konsulluğunun yaz aylarında bağlana biləcəyini bildirdi.

"Le Monde": Fransada səhiyyə vəziyyəti ilə əlaqədar fövqəladə vəziyyət rejimi 1 iyuna qədər uzadıldı.

"France 24": ABŞ Senatı Donald Trampın məhkəmə işinin konstitusiyaya uyğun olduğunu bildirdi

"Le Soir" (Belçika): Yəməndə yeni Belçika istehsalı olan silahlar aşkarlandı



Әlaqәli Xәbәrlәr