Xarici mətbuat, 09 fevral 2021

Xarici mətbuat və veriliş orqanlarında dünya gündəminə dair əks olan bəzi xəbərlərdən başlıqlar

1579891
Xarici mətbuat, 09 fevral 2021

“Deutsche Welle”: 2020-ci ildə Almaniyada müsəlmanlara və onlara məxsus təşkilatlarına qarşı 900-dən çox hücum qeydə alınıb.

“zdf.de”: Avstriya hökuməti koronavirus epidemiyası səbəbiylə Tirol ştatına səyahət xəbərdarlığı etdi.

“El-Qüds-El-Arabi” (Ərəb - İngilis qəzeti): Myanma rəhbərliyi bəzi şəhərlərdə təşkil edilən etiraz aksiyalarına sərt cəvab veriləcəyini, zərurət olması halında hərbi vəziyyət tətbiq ediləcəyini bildirib.

El-Qüds El-Arabi (Ərəb - İngilis qəzeti): Suriyadakı ABŞ qüvvələri daha nefti qorumaq məqsədindən imtina etdilər.

El-Raye El-Qatariyye (Qətər qəzeti): Qətər Baş nazirinin müavini və Xarici işlər naziri Şeyx Məhəmməd ibn Əbdülrəhman Əl-Sani, Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Məsləhətçisi Jake Sullivan ilə telefon əlaqəsi qurdu.

“Le Figaro” (Fransa): Fransada “Kovid-19” əleyhinədə mübarizə çərçivəsində Məktəb həkimləri məktəblərin dörd həftə bağlanmasını tələb edirlər.

“Fransa 24” (Fransa): Fransa Prezidenti Emmanuel Macron, Dünya Səhiyyə Təşkilatının Baş direktörü ilə peyvənd tətbiqiqiq sürətləndirilməsi məsələsini müzakirə edib.

“El Pais”: (İspaniya) İspaniyanın İqtisadi İşlər və Rəqəmsal Transformasiya Naziri Nadia Calviño, Kovid-19 pandemiyasındakı üçüncü dalğanın tüğyan etdiyini və bu səbəbdən dövlətin şirkətlərə iqtisadi dəstəyini artırmasının lazım gəldiyini qeyd edib.

“El Mundo”: (İspaniya) Kataloniya Parlamentinin rəhbəri Roger Torrent, Kataloniya probleminin həllinin dövlətin referendumu qəbul etməsi ilə mümkün ola biləcəyini söyləyib.

“TeleSur:” (Venesuela) Ekvador Dövlət seçki Komitəsinin rəsmisi José Cabrera-nın sözlərinə görə Prezident seçkilərinin ikinci turunda namizəd Andrés Arauzla kimin yarışacağını qısa müddətdə müəyyənləşdirmək mümkünsüzdür.

“Russia Today”: Alman rəhbərliyi, Avropada koronavirus peyvəndlərinin paylanmasında bir sıra problemlər yaşandığı üçün Rusiya istehsalı peyvənd satın almağı planlaşdırır.

“İzvestiya qəzeti”: Rusiya Xarici İşlər Nazirliyi Polşa, Almaniya və İsveçin Rus diplomatları deportasiya etdiklərinə dair xəbərləri təkzib edib.

“RBK veb saytı”: Rusiyada övladı olan analara dövlət tərəfindən ödənilən pulları (istəyən analar tərəfindən) qiymətli kağızlara yatırmağa icazə verilə bilər.



Әlaqәli Xәbәrlәr