Xarici mətbuat 05 fevral 2021

Dünya informasiya vasitələrində gündəmə dair əks edən xəbərlərdən bəzi başlıqlar

1577791
Xarici mətbuat 05 fevral 2021

“Deutsche Welle”: Almaniya Etik Komitəsi peyvənd olunanların məhdudiyyətlərdən azad edilməsi təklifini qəbul etmədi.

“Elraya”: Qətərdə Kovid-19 tədbirləri çərçivəsində oyun meydançaları, bağca və çimərliklərin bağlanmasına dair qərar qəbul edildi.

“Elraya”: Mərakeşdə Kovid-19 tədbirləri çərçivəsində elan edilən təcili sağlamlıq vəziyyətinin müddəti uzadıldı.

“Elqudus: Türkiyə Rifah Fondu, enerji və mədənçilik sahəsində  yatırımlar həyata keçirməyə başlayır.

“El País” (İspaniya): İspaniyanın Milli Səhiyyə Sistemi Komitəsi, “Astrazeneca” peyvəndinin yalnız 65 yaşınadək yoxsa 55 yaşınadək olanlara tətbiq edilməsi mövzusunu müzakirə edir.

“El Economista” (İspaniya): İspaniya Hökuməti aviasiya sektorunda KOBİ-ləri dəstəkləmək üçün 100 milyon avroluq fond yaradır.

“Infobae” (Argentina): Juan Quaido-nun rəhbərlik etdiyi Venesuela müxalifəti, Venesuela planlarını ABŞ Prezidenti Joe Biden-ə təqdim etməyə hazırlaşır.

“Le Monde”: Joe Biden “ittifaqlar” və “dəyərlər” əsaslı diplomatiyaya qayıtmaq istəyir

“Fransa 24”: Fransada hücum törətməyi planlaşdıran İran diplomat Belçikada həbsə məhkum edildi.

“Le Temps” (İsveçrə): Bütün Avropada Kovid-19 tədbirlərinə qarşı reaksiyyalar artır.

“RİA Novosti”: Ukrayna iki elektrik stansiyasındakı qəza səbəbiylə Belarusiyadan kömək tələb edib.

“İzvestiya qəzeti”: Amerikalı mütəxəssislərə görə Rusiyada istehsal olunan yeni tip koronavirus peyvəndinin üstünlüyünün daşınma zamanı çox aşağı temperatur tələb etməməsidir.

“Regnum agentliyi”: ABŞ-ın yeni prezidenti Joe Biden rəhbərliyi "Donald Trampdan fərqli olaraq, Rusiyanın təcavüzkar hərəkətlərinə biganə qalınmayacağını bildirib.



Әlaqәli Xәbәrlәr