Xarici mətbuat, 26 yanvar

Xarici media vasitələrində dünya gündəminə dair əks edən xəbərlərdən başlıqlar.

1571052
Xarici mətbuat, 26 yanvar

"azertag.az": Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

"trend.az": Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoyması bu bölgədə yeni iş imkanlarının yaranmasına şərait yaradacaq.

"N-TV": Almaniya mutasiya olunmuş yeni növ koronavirusa (Covid-19) qarşı təhlükə siqnalı buraxıb.

"FAZ": İtaliyanın Baş naziri Cüzeppe Konte istefasını təqdim etmək istəyir.

"DW": Hollandiyada "Covid-19" etirazına zorakılıq qarışdı

"Le Figaro" (Fransa): Fransa Prezidenti Emmanuel Makron xarici şirkət sahiblərinə ölkədə islahatların davam etdiriləcəyinə dair vəd verib.

"France 24" (Fransa): Şərqi Aralıq dənizi: Türkiyə Yunanıstan ilə problemlərin həllini istəyir

"France 24" (Fransa): Yunanistan Fransadan 2,5 milyard avro dəyərində 18 "Rafale" döyüş təyyarəsi sifariş etdi

"Al-Raya" (Qətər): Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF): "Suriyalı uşaqların yarısı təhsildən məhrumdur

"Al-Raya" (Qətər): Bağdad hava limanı yaxınlığında 3 raket atıldı və terror təşkilatı DEAŞ-a qarşı təhlükəsizlik əməliyyatı başladıldı.

"Al-Quds Al-Arabi": İsrailin Kəşfiyyat naziri Eli Cohenin rəhbərlik etdiyi İsrail nümayəndə heyəti Sudana səfər edib.

"Al-Dustour" (İordaniya): ABŞ prezidenti Cozef Bayden: "Yay aylarında "Covid-19"-a qarşı kütləvi immunitetin əldə olunmasına yaxınlaşacağıq"

"El Pais": (İspaniya) İspaniyanın Səhiyyə naziri Salvador İlla Kataloniyada keçiriləcək seçkilərə namizədliyini mərkəzdə saxlamaq  üçün verdiyi ani qərarla istefasını təqdim edir. İllanın qərarı həm tərəfdarlarını, həm də müxalifəti qəzəbləndirdi.
"El Mundo": (İspaniya) İspaniyanın Villena həbsxanasında vəziyyət kritikdir: Məhbusların 60 faizi "Covid-19" səbəbiylə karantin altındadır.
"TeleSUR": (Venesuela) Ekvador Baş Prokurorluğuz rəsmi "Twitter" hesabında keçmiş vitse-prezident Corc Qlasın Milli Ədalət Məhkəməsinin Cinayət Məhkəməsi tərəfindən 8 il həbsə məhkum edildiyini bildirdi.
"RİA Novosti" agentliyi: "Noviçok" zəhərli kimyəvi silah istehsalçılarından biri olan Leonid Rink "Covid-19"-a qarşı təsirli bir dərman istehsal etməyi planlaşdırır.
"Vedomosti" qəzeti: Rusiya Prezidenti Vladimir Putin koronavirusla bağlı məhdudiyyətlərin tədricən ləğv edilə biləcəyini açıqladı.
"Lenta.ru": Azərbaycanın vitse-prezidenti Hikmət Hacıyev Dağlıq Qarabağda xidmət göstərən Rusiya sülhməramlı qüvvələrinin peşəkarlıqla işlədiyini söylədi.



Әlaqәli Xәbәrlәr