Xarici mәtbuat: 21 yanvar 2021
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.
‘‘Azertac’’: Azәrbaycan xarici işlәr nazirinin Türkmәnistana sәfәri başlayıb.
‘‘Azertac’’: Türkiyә Milli Müdafiә Nazirliyi: 20-Yanvarı Unutmadıq, unutmayacağıq.
‘‘Azertac’’:20 Yanvar şәhidlәrinin xatirәsi Şuşada anılıb.
‘‘zdf.de’’: Almaniya prezidenti Frank Volter Şteinmeier Co Bayden vәzifәsinin icrasına başladığı üçün mәmnun olduğunu deyib.
‘‘Süddeutsche Zeitung’’: Almaniyada bundan sonra kütlәvi nәqliyyat vasitәlәri vә mağazalarda FFP tipli maskanın istifadә edilәcәyi bildirilib.
La Vanguardia (İspaniya): İspaniyanın paytaxtı Madridin mәrkәzindәki bir binada baş verәn partlayış nәticәsindә azı üç nәfәr hәyatını itirib.
El País (İspaniya): ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden bütün amerikalıları hәr şeyә yenidәn başlamağa dәvәt edib.
Telesur (Venesuela:): Venesuela dövlәt başçısı Nikolas Maduro Milli Mәclisә ABŞ ilә münasibәtlәri yenidәn başladmaq üçün addım atılması ilә bağlı çağırış edib.
‘‘Le Parisien’’: ‘‘Covid-19’’: Fransa Aİ-na üzv ölkәlәrdәn gәlәn sәrnişinlәrdәn ‘‘Covid-19’’ testinin nәticәsini tәlәb edәcәk.
‘‘Le Monde’’: Mәclis sәhiyyә sahәsindәki fövqәladә vәziyyәt rejiminin müddәtinin uzadılmasını tәsdiqlәyib.
‘‘Al Jazeera’’: ABŞ-da baş tutan andiçmә mәrasimindәn sonra : İsrail Baş naziri Binyamin Netanyahu ABŞ-a İranla üz-üzә gәlmәsi ilә әlaqәdar çağırış edib. Avropa Ağ Evdәki ‘‘dostunu’’ salamlayır vә Fәlәstin lideri Mahmud Abbas sülhün tәmin edilmәsini istәyir.
‘‘Al-Quds Al-Arabi’’: Amerika Birlәşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp Bayden vәzifәsinin icrasina başlamazdan bir saat әvvәl Birlәşmiş Әrәb Әmirliklәri lehinә olan silah müqavilәsini imzalayıb.
‘‘Al-Raya’’: Misir Qәtәr ilә diplomatik münasibәtlәrin yenidәn başladığını açıqlayıb.
‘‘Kommersant’’: 2020-ci ildә Rusiyaya gedәn әcnәbilәrin sayı 2019-cu il ilә müqayisәdә 70 faiz azalıb.
‘‘RİA Novosti’’: NASA Rusiyadakı tәmsilçilәrinin sayını azaldmaq niyyәtindәdir.
Әlaqәli Xәbәrlәr
Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar