Xarici mətbuat,18 yanvar 2021
Xarici media vasitələrində Türkiyə və dünya gündəminə dair əks edən bəzi xəbərlərdən başlıqlar

“Al-Raya Al-Katariya” (Qətər): Səudiyyə Ərəbistanı Qətər ilə diplomatik münasibətlərini bərpa edir.
“VATAN” (Oman): Amerika Birləşmiş Ştatlarında (ABŞ) aparılan bir araşdırmanın nəticəsinə görə depressiya və stres vücudun peyvəndə qarşı reaksiyasını zəiflədir
“El-Mustakbal” (Livan): Birləşmiş Ərəb Əmirliklərinin Rusiyadakı səfiri həyatını itirib.
“Le Parisien” (Fransa): Prezident Emmanuel Macron bu gün CFCM-i (Fransa İslam Şurası) qəbul edəcək.
Le Soir (Belçika): İngiltərədə koronavirusun mutasiyaya uğradığı aşkarlandıqdan sonra Flaman bölgəsində bir çox məktəb bağlandı.
“El Universal”, Meksika: Qvaatemala rəsmiləri Hondurasdan gələn miqrantları dayandırdılar. ABŞ-a çatma məqsədi ilə yola düşən miqrantların sayı təxminən 9 min nəfərdən ibarətdir.
“Infobae, Argentina: Mütəxəssislərə görə Pandemiya insanlıq üçün ən aqressiv sosial stres amildir.
“El Mundo”, İspaniya: İspaniyanın Andalusiya bölgəsi hökumətdən tələb edib ki, Covid-19 əleyhinə mübarizə çərçivəsində tətbiq olunan komendant saatını artırsın.
“Tagesschau.de”: Almaniyanın Xarici İşlər Naziri Heiko Maasın Peyvənd vurulanlar üçün koronavirus əleyhinə tətbirlərin yüngülləşdirilməsi tələbinə dəstək verilmədi.
“Deutsche Welles”: ABŞ-da prezidentlik yarışında qalib gələn Joe Biden, vəzifəyə başladığı ilk gün müsəlman ölkələrin vətəndaşlarına tətbiq edilən səyahət qadağası qərarını ləğv edəcək.
“Welt.de”: Almaniyanın mərkəzi hökuməti və ştat rəhbərləri çərşənbə axşamı koronavirus əleyhinə tədbirləri müzakirə edəcəklər. Tədbirlərin daha da sərtləşdiriləcəyi gözlənilir.
“TASS”, Rusiya xəbər agentliyi: Rus müxalifətçi Aleksey Navalnı Moskvanın Şeremetyevo hava limanında tutuldu.
“Kommersant.ru” xəbər saytı: Rusiya bu gün kütləvi koronavirus peyvəndi tətbiqinə başlayır. Peyvənd vurulmaq istəyən Ruslar “Sputnik V” və “EpiVacCorona” olmaqla iki vaksen arasında seçim edə biləcəklər.
“RIA Novosti”: Rus senator Aleksey Puşkov ABŞ-ın yeni prezidenti Joe Bidenın Ukraynadan Rusiya əleyhinə daha çox istifadə edəcəyini və beləcə Rusiya-ABŞ münasibətlərinin daha da pisləşəcəyini irəli sürüb.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar