Xarici mətbuat, 06 yanvar 2021

Xarici media vasitələrində dünya gündəminə dair dərc olunan xəbər başlıqları

1558330
Xarici mətbuat, 06 yanvar 2021

“Le Monde”: Kovid-19 tədbirləri çərçivəsində bağlanan bar və restoranların yenidən açılacağı tarix hələ müəyyənləşdirilməyib.

“Fransa 24”: Fransa Səhiyyə naziri Olivier Véran bildirib ki, peyvənd tətbiqini geniş kütlələrə yaymaq, sürətləndirmək və sadələşdirmək üçün lazımlı imkanlar mövcutdur.

“Le Figaro”: Kanadanın Baş naziri Justin Trudeau koronavirus əleyhinə peyvənd tətbiqinin arzu edilən sürətdə aparılmamasından məyus olduğunu bildirib.

“Süddeutsche Zeitung”: Almaniya Kansleri Angela Merkel yeni növ koronavirus (Kovid-19) təhlükəsinə işarə edərək ölkədə karantin rejiminin Yanvarın sonunadək davam edəcəyini qeyd edib.

“Deutsche Welle”: Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel (Kovid-19) peyvəndinin ortaq istehsalı mövzusunu danışıblar. “Handelsblatt”: İngiltərə Baş naziri Boris Johnson, koronavirus əleyhinə mübarizə çərçivəsində tətbiq olunan məhdudiyyətlərin fevralın yarısına dək davam edəcəyini bildirib.

“El-Quds el-Arabi”: İran İsrailin  hər cür hücumuna cavabının sərt olacağını bildirib.

“Al-Jazeera”: 41-ci Körfəz sammitinin yekun bəyanatında, Qətərlə diplomatik münasibətlərin yenidən bərpası və yaxşı qonşuluq prinsiplərinə hörmət göstərilməsinə təkid edilib.

“Al-Jazeera”: Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Katibi Mike Pompeo, Sudanın terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılması barədə qərarı imzaladı.

“El Mundo” (İspaniya): Mütəxəssislər soruşurlar: Avropa Moderna peyvəndini istifadə etməyə başlayırsa, İspaniyada əhalinin 70%-nə peyvənd vuracaq insan resursu vardırmı?

“El Pais” (İspaniya): İngiltərədə rast gəlinən koronavirusun yeni növünün iki həftədir İspaniyada olduğu irəli sürülüb. Ancaq yeni növə yoluxanların İngiltərə ilə əlaqələrinin olmadığı qeyd edilib.

“El Nacional” (Venesuela): Lima Qrupu (Amerika qitəsində 14 ölkədən ibarətdir) Venesuela müxalifət lideri Juan Guaido-nun başçılığında formalaşdırılan nümayəndə heyətinin legitim olduğunu açıqlayıb.

“TASS”: ABŞ kəşfiyyatı, hökumətə edilən kiber hücumun rus hakerlər tərəfindən törədilmə ehtimalını araştırır.

“RIA Novosti”: Rusiya Buz Xokeyi Komandası Finlandiya komandasına məğlub oldu və 2021 Yeniyetmələr arasında Dünya Buz Xokeyi Çempionatını medalsız tərk etdi.

“Lenta.ru”: Rusiya Kommunistləri Partiyası Dövlət Dumasına təklif verib ki, Vətəndaşların 3 milyon rubl kredit borcu silinsin.



Әlaqәli Xәbәrlәr