Xarici mətbuat 31.Dekabr.2020

Dünya informasiya orqanlarında gündəmə dair əks edən xəbərlərin xülasəsi

1555140
Xarici mətbuat 31.Dekabr.2020

“El-Raya El-Katariya” (Qətər): 2020-ci ilin avqust ayının 30-da Livanda Beyrut limanında baş verən partlayışa anbarlardakı 500 ton ammonium nitrat səbəb olub.

El-Mustakbal (Livan): Yəməndə Ədən Hava Limanında baş verən partlayış ilə bağlı Husilər (İranın dəstəklədiyi şiə qrupu) günahlandırılır.

“Tagesschau.de”: Almaniyada Koronavirus səbəbi ilə bir gündə həyatını itirənlərin sayı ilk dəfə min nəfəri ötüb. Robert Koch İnstitutunun məlumatlarına görə, ölkədə sutka ərzində min 129 nifər həyatını itirib.

“Deutsche Welle”: Almaniya Səhiyyə Naziri Jens Spahn bütün tədbirlərə baxmayaraq koronovirus hadisələri sayında arzu edilən nəticə əldə edilə bilmədiyini, bu səbəbdən tədbirlərin davam edəcəyinin ehtimal olduğunu deyib.

“Bild”: Bu gün koronavirusun ildönümüdür. Çin Xalq Respublikası bir il əvvəl bu gün ölkədə koronavirüs aşkarlandığını ümumdünyaya bildirdi.

“El País” (İspaniya): İspaniya 2020-ci ili əlhali sayına görə koronavirusdən həyatını itirənlərin ən çox olduğu ölkə olaraq tamamlayır.

“La Vanguardia” (İspaniya): Səhiyyə sektoru Kataloniyada koronavirus əleyhinə mübarizə çərçivəsində daha sərt tədbirlər tələb edir.

“Prensa Latina” (Kuba): Argentina aborta icazə verdi.

“Le Monde” (Fransa): Fransada “Kovid-19”-un ikinci dalğasında, birincinə müqayisədə can itkisi daha çox olub.

“Fransa 24” (Fransa): Fransa hökümət sözçüsü Gabriel Attal, 7 yanvarda ölkədəki teatr və kinoteatrları yenidən açmağın mümkün olmayabiləcəyini deyib.

“Le Temps” (İsveçrə): Kanada ölkəyə daxil olanlardan mənfi “Kovid-19” testi tələb edəcək.

“RİA Novosti” Agentliyi: Moldova Prezidenti Maia Sandu, iki ölkə arasındakı problemləri müzakirə və ticarəti inkişaf etdirmək üçün Rusiyaya səfərə gedəcəyini bildirib.

“Kommersant qəzeti”: Rusiyadakı mütəxəssislərə görə 2021-ci ilin payızına qədər əhalinin 50%-nin peyvənd vurulması halında ölkədə həyat normallaşacaqdır.

“TASS Agentliyi”: Rusiya Koronavirus məhdudiyyətləri səbəbindən yeni ili ilk dəfə bu qədər sakit qarşılayacaq.



Әlaqәli Xәbәrlәr