Xarici mətbuat, 29 dekabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1553724
Xarici mətbuat, 29 dekabr 2020

“azertag.az”: Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
“kaspi.az”: Türkiyə XİN Xocavənd rayonunda Ermənistanın atəşkəs rejimini pozmasına münasibət bildirib
"Liberation": Fransanın Səhiyyə naziri Olivier Véran "Covid-19" ilə bağlı vəziyyət pisləşəcəyi təqdirdə üçüncü karantin tətbiq olunma ehtimalından danışıb
"Le Soir": Belçika ciddi problem yaranmadan koronavirusa qarşı  peyvəndlənmə kampaniyası start verib
"France 24": "Paris Saint Germain"in ulduz futbolçusu Neymar pandemiyanın ortasında Braziliyada yeni ildə nəhəng əyləncə gecəsi təşkil edir.
"el-Quds el-Arabi" (Ərəb - İngilis Qəzeti): (Fransa Prezidentliyi) Elysee (Saray): Pazar ertəzsi günü (Afrika ölkələrindən) Malidə xidmət göstərən 3 fransız əsgəri həlak olub.
"el-Raye el-Qatariyye" (Qatar qəzeti): Rusiya Suriyanın Ayn İsa bölgəsinə (hərbi) dəstək göndərib.
"el-Cezire" (Qətər Televiziyası): Fransa (Liviyadakı Xəlifə) Hafteri düşmənçilik əməllərini təkrarlamaqdan çəkinməyə və siyasi bir həlli diqqət mərkəzində saxlamağa çağırıb.
"Deutsche Welle": Türkiyə ilə İngiltərə sərbəst ticarət müqaviləsini imzaladı. Bu, İngiltərənin imzaladığı beşinci ən böyük ticarət müqaviləsi olacaq.
"RP-online.de": Dünya Tibb Dərnəyinin (Frank Ulrich) sədri Montgomery Almaniyada kütləvi immunitet  üçün 100 milyon doza peyvəndə ehtiyac olduğunu söyləyib.
"Handelsblatt.com": CEBR-nin (İngiltərədə yerləşən İqtisadiyyat və İş Dünyası Araşdırmaları Mərkəzi) illik hesabatında Çin iqtisadiyyatının koronavirus böhranından gücünü artıraraq çıxacağı və 2028-ci ildə ABŞ-ı üstələyəcəyi və dünyanın ən böyük iqtisadiyyatı olacağı proqnozunu ortaya qoyub.
"El País" (İspaniya): (Ribo Nükleik Turşu) RNT qabaqçılları indi 30 fərqli infeksiyaya qarşı peyvəndləri araşdırır.
"Prensa Latina" (Kuba): Braziliya "Pfizer/BioNTech" peyvəndinin yaxşı şəkildə tətbiq olunduğunu təsdiqləyib
"Infobae" (Argentina): Çin uyğur müsəlman azlıq üçün düşərgələrin içərisində fabriklər tikir
"İzvestiya" qəzeti: Rusiya Baş nazirinin müavini Tatyana Qolikova vətəndaşların 2021-ci ilin birinci rübündə "Covid-19" peyvəndləri arasında seçim edə biləcəyini söyləyib.
"TASS" agentliyi: 2020-ci ildə Rusiyadan taxıl ixracı 20 faiz artıb.
"RİA Novosti" agentliyi: Nord Stream-2 şirkəti "Şimal Axını-2" neft kəmərinin Barents dənizinin Almaniyanın inhisar iqtisadi zonasında qalan 2,6 km-lik hissəsinin çəkilməsini başa çatdırıb.



Әlaqәli Xәbәrlәr