Xarici mətbuat - 23 Aralık 2020

Dünya mətbuatı və veriliş orqanlarında gündəmə dair əks edən xəbərlərdən başlıqlar

1550503
Xarici mətbuat - 23 Aralık 2020

“Fransa 24”: Fransa İngiltərədən gələn və Kovid-19 testinin mənfi olduğunu göstərən sənədə sahib olanlara ölkəyə girişlərinə icazə verəcək.

“Le Parisien”: Fransada hakimlər tələb ediblər ki, Afrikalı musiqiçi Mişel Zecleri döydükləri səbəbilə həbs olunan polislər azad buraxılsınlar.

“Bild.de”: Mutasiya keçirmiş koronavirusda 23 genetik dəyişiklik olduğu qeydə alınıb.

“Deutsche Welle”: Afrika koronavirusun ikinci dalğası təhlükəsi ilə qarşılaşıb. “Spiegel.de”: Almaniyada Yeni il ərəfəsi üçün atəşfişanlıqda istifadə edilən fişəng satışı qadağa edilib.

“Al Jazeera”: Vaşinqton Suriya prezidentin həyat yoldaşı Əsma Əsəd də daxil olmaqla bəzi şəxslər və təşkilatlar əleyhinə yeni sanksiyalar tətbiq edir.

“El-Raya” (Qətər): Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Şərqi Qüds də daxil olmaqla Fələstin xalqının İşğal edilmiş ərazilərinin daimi suverenliyinə dair səsvermə keçirilib.

“El-Quds El-Arabi”: ABŞ Nümayəndələr Palatasının prezidenti Nensi Pelosi Trampı saçlarından sürüyərək Ağ Evdən çıxaracağını söyləyib.

“El País”, İspaniya: Koronavirusun motasiya keçirmiş yeni növü Avropada  sürətlə yayılır.

“La Vanguardia”, İspaniya: BioNTech zərurət olması halında 6 həftə ərzində motasiya keçirmiş koronavirus əleyhinə yeni bir peyvənd hazırlaya bilər.

“Infobae”, Argentina: Peru, koronavirusun yayılma təhlükəsinə qarşı tədbirləri artırdı. Çimərlikləri bağladı.

“Ria novosti” Agentliyi: Rusiya Prezidenti Vladimir Putin keçmiş prezidentlərə toxunulmazlıq təmin edən qanunu imzaladı.

“Gazeta.ru”: Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Macron arasında baş tutan telefon danışığında Kovid-19 əleyhinə peyvənd istehsalı ilə bağlı əməkdaşlıq mövzusu müzakirə edilib.

“RT xəbər saytı”: Rusiyada İngiltərədə aşkar olunan koronavirus mutasiyaları tapılmadı.



Әlaqәli Xәbәrlәr