Xarici mətbuat, 7 dekabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1540692
Xarici mətbuat, 7 dekabr 2020

"azertag.az": ANAMA son üç gün ərzində 102 mina zərərsizləşdirib
"kaspi.az": Azərbaycan Türkiyə ilə birlikdə vaksin əldə etmə imkanlarını müzakirə edib
"Deutsche Welle": Türkiyə Qara dənizdə qazma işlərini genişləndirir.
"Tagesschau.de": Bavariya əyalət hökuməti yeni növ koronavirus (Covid-19) hadisələrinin sayının artması səbəbindən yenidən təcili vəziyyət elan etdi. Komendant saatı məhdudiyyətləri 9 dekabr tarixindən etibarən tətbiq ediləcək
"Finanzen.net": Koronavirus pandemiyasından ciddi əziyyət çəkən Almaniyanın ən böyük hava yolu şirkəti Lufthansa ilin sonuna qədər 29 min nəfəri işdən çıxarmağı planlaşdırır.
"Al-Dustour" (İordaniya): Küveyt Əmiri seçkilərin nəticələri açıqlandıqdan sonra hökumətin istefasını qəbul etdi
"Al-Dustour" (İordaniya): ABŞ-da Prezident seçilən Co Bayden rəsmi olaraq seçki çoxluğuna zəmanət verir və ABŞ Prezidenti Donald Tramp məğlubiyyətini inkar etməyə davam edir.
"Al-Raya" (Qətər): İraq ordusu: Sincarda silahlı və ya silahsız qüvvələrə icazə verməyəcəyik
"La Vanguardia" (İspaniya): Lojistika meydan oxuma - "Covid-19" peyvəndinin dünya miqyasında yayılması üçün 15.000 uçuş lazımdır.
"El Pais" (İspaniya): Uruqvayın keçmiş prezidenti Tabaré Vasquez 80 yaşında vəfat etdi. Ölkə tarixində ilk sol təmayüllü dövlət başçısı idi.
"Telesur" (Venesuela): Venesueladakı parlament seçkilərində GPP (Gran Polo Patriótico) partiyası qalib gəlir.

"Lenta.ru": Nyu-York-Moskva təyyarəsinin bütün sərnişinləri Con Kennedy hava limanında saxlanıldı. Rusiya Federasiyası Baş Konsulluğu saxlanılma və axtarışların göyərtədəki partlayıcı maddə şübhəsiylə həyata keçirildiyini bildirdi.
"Kommersant" qəzeti: Ən böyük silah istehsalçıları arasında Rusiya şirkətlərinin payı iki dəfə azaldı.
"TASS" agentliyi: ABŞ döyüş təyyarələri 2020-ci ildə Rusiyanın qərb sərhədlərinə on dəfədən çox yaxınlaşdı.
"Le Monde": Uçurumun kənarında olan London və Brüssel "razılaşma olmadan" çıxışın qarşısını almaq üçün "Brexit" danışıqlarını davam etdirirlər.
"Le Figaro": "Covid-19": Fransa hökumətin gündə 5 min virus yoluxma faktı hədəfindən çox uzaqdır
"France 24": Fransada Misir Prezidenti Abdulfettah əl-Sissi üçün sərilən qırmızı xalça bir çox QHT tərəfindən etiraz edildi



Әlaqәli Xәbәrlәr