Xarici mətbuat, 26 noyabr 2020
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

"azertag.az": Fransa Senatında müzakirələr, yoxsa əvvəlcədən hazırlanmış teatr tamaşası?
"ternd.az": Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil
"Le Monde": "Covid-19": Fransa karantini üç mərhələdə qaldıracaq. Birinci mərhələdə şənbə günü mağazalar qapılarını müştərilərin üzünə açmağa hazırlaşırlar.
"Le Parisien": Maradonanın vəfatı: Pele, Messi, Ronaldo ... Futbolun ulduzları Dieqonun "dahi" si üçün yas tuturlar
"France 24": Fransada hər il təxminən 220.000 qadın ailə daxilində zorakılığa məruz qalır.
"Clarin" (Argentina): Dünya yas tutur: Diego Armando Maradona dünyasını dəyişdi. Cümə axşamı, Çəhrayı Sarayda (Argentina Prezident Sarayı) bir mərasim keçiriləcək. Mərasimdə bir milyon insanın iştirak edəcəyi gözlənilir.
"El Universal" (Meksika): "Covid-19": ABŞ-da səhiyyə sahəsində avtoritetlər vətəndaşlarına Meksikaya getməmələri barədə xəbərdarlıq etdilər.
"ABC" (İspan qəzeti): Bir damla ağız ifrazatı ilə yayılan koronavirus, üzərindəki qoruyucu təbəqə sayəsində səthlərdə saatlarla qala bilir.
"Elqudus": Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA): "Sosial zorakılıq qurbanlarına təməl yardım maliyyə kəsirinə görə altındadır.
"Elraya": Qətər-Türkiyə Yüksək Strateji Komitə yığıncağına Şeyx Təmim bin Həməd Əl Tani və Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək.
"Eldustour": Sərbəst Ticarət sazişi İordaniyanın ABŞ-a ixracını artıraraq məhsul ixracını 23 faizini təşkil etdi.
"Tagesschau".de: Aİ Komissiyası koronavirus peyvəndi üçün təsdiq almağa hazırlaşan ABŞ-ın "Moderna" şirkəti ilə 160 milyon doza peyvənd göndərilməsi barədə razılığa gəldi.
"Deutsche Welle": Berlində baş nazirin qapısına çırpılan sürücünün cinayət əməli var.
"RBK" xəbər saytı: Moskva valisi Sergey Sobyanin koronavirus tədbirlərini yanvar ayının ortalarına qədər uzatdı.
"Lenta.ru" xəbər saytı: ABŞ Rusiya Müdafiə Nazirliyinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
"İzvestiya qəzeti": Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı ictimai nəqliyyatını bərpa etdilər və şəhərlərə su və elektrik fasiləsiz olaraq verilməyə başlandı.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar