Xarici mətbuat, 14 noyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1533189
Xarici mətbuat, 14 noyabr 2020

"azertag.az": Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar

"kaspi.az": BMT Ərazilərinin Minalardan Təmizlənməsi Xidməti (ƏMTX) dekabr ayının əvvəllərində təcili olaraq xüsusi bir missiyanın yerləşdirilməsi üçün Dağlıq Qarabağda lazımi yardımı qiymətləndirməyə başlamağı planlaşdırır. 

"Deutsche Welle": Türkiyə Xarici İşlər Nazirliyi "Roseline-A" adlı Türk gəmisi Liviya sahillərində saxlanılması səbəbiylə Aİ, İtaliya səfirlərilə Almaniyanın  adlı Türk gəmisini dayandırmaq üçün İtaliyanın Almaniyanın Türkiyәdәki müvәqqәti işlәr vәkilinә nota verildi.
"Spiegel.de": Alman Hamburq freqatı Liviya sahilində Türk yük gəmisini (beynəlxalq hüquqa zidd şəkildə) saxlayaraq saatlarla axtarış apardı.
"Tagesschau.de": Almaniyanın Səhiyyə naziri (Jens Spahn) icazə verildikdən sonra dekabr ayında peyvənd işlərinə başlamağı ümid etdiklərini açıqladı.
"Al-Quds Al-Arabi": ABŞ-da keçirilən prezidentlik yarışında qalib gələn Co Bayden fələstinli fəal Rima Dudini Ağ Evdə yüksək vəzifəyə təyin etdi.
"Al-Jazeera": NATO və Avropa İttifaqı (Aİ) Baydenə münasibətləri bərpa etməyə çağırır.
"Al-Raya" (Qətər): Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) gələn ilin əvvəllərində nəhəng bir əməliyyatla yoxsul ölkələrə "Covid-19" ilə mübarizə məqsədli təqribən 2 milyard dosa peyvənd paylanacağını elan etdi.
"El País" (İspaniya): Koronavirusa qarşı sərt tədbirlər ikinci infeksiya dalğasının qarşısını aldı.
El Mundo (İspaniya): İspaniyada aparılan bir araşdırmanın nəticələrinə  görə, allergik astma xəstələrinin koronavirus infeksiyasına tutulma ehtimalı daha azdır.
"İnfobae" (Argentina): Venesuela nefti tarixin itirilmiş ən böyük xəzinəsinə çevrilmə riski altındadır.
"Le Monde": Fransanın paytaxtı Parisdə Respublika heykəlinin altında yerləşən bir qaçqın düşərgəsi təhlükəsizlik qüvvələri tərəfindən zorakılıq tətbiq edilərək boşaldıldı.
"Le Figaro": Prezident Donald Tramp ABŞ-da hakimiyyətin təhvil verilməsinə yaşıl işıq yandırdı.
"France 24": "Covid-19": İngiltərədə yeni ümumi karantin dekabrın əvvəlində ləğv edilir.
"TASS" agentliyi: Dağlıq Qarabağdakı mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir zabiti şəhid oldu, bir rus sülhməramlısı yaralandı.
"Ria Novosti" agentliyi: Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda minalardan təmizlənmə tədbirlərinin həyata keçirildiyini bildirdi.
"Lenta.ru": Rusiyadan Avropaya neft və təbii qaz ixracında azalma olacağı təxmin edilir.



Әlaqәli Xәbәrlәr