Xarici mətbuat, 20 noyabr 2020
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

"azertag.az": Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.
"trend.az": Füzulidə bir dənə də salamat bina qalmayıb
"Bild.de": Korona böhranı: Alman Kansleri Angela Merkel yeni növ koronavirus (Covid-19) peyvəndinin dekabrda hazır olacağına ümid edir
"Ard.de": Avropa İttifaqı büdcə danışıqlarında böhran aradan qaldırıla bilmir. Polşa və Macarıstan tərəfindən bloklandığı üçün "Covid-19" yardımları ödənilə bilmir.
"Süddeutsche Zeitung": (Amerika Birləşmiş Ştatları seçkiləri) Səslərin yenidən hesablandığı Corciya ştatında Co Bayden qazandı.
"El Mundo" (İspaniya): Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Covid-19" üçün "Remdesivir" adlı dərmanının istifadəsinə qarşı mübarizə aparır və istifadə etməməyi tövsiyə edir.
"Telesur" (Venesuela): Aİ dekabr ayında "Covid-19" əleyhinə peyvəndlərə icazə verəcəyini açıqladı
"Infobae" (Argentina): Meksika senatı, ölkə miqyasında marixuananın əyləncə məqsədli istifadəsinin tənzimlənməsini və cinayətolmaqdan çıxarılmasını təsdiqlədi.
"Newsabah": "Foreign Policy" jurnalı: Amerika Birləşmiş Ştatları rəhbərliyi Huti milislərini terror təşkilatı olaraq təsnif etməyi planlaşdırır
"Elraya": "Covid-19"a qarşı ilk "Pfizer" peyvəndinin ilk hissəsi ilin sonunda Qətərə gəlir
"Eldustour": Fransa prezidenti Emmanuel Makron müsəlman imamlardan ibarət şuranın yaradılmasını müzakirə edir
"Le Figaro" (Fransa): "Covid-19": Fransanın Səhiyyə naziri Olivier Veran: "Rəqəmlərdə azalma olsa da, 'karantin sona çatmadı"
"France 24" (Fransa): Fransanın Səhiyyə Naziri Veran: "Epidemiya səbəbindən fransızların ruh sağlamlığı pisləşdi'
"France 24" (Fransa): Avropa İttifaqı dekabr ayında "Moderna" və "Pfizer / BioNTech" "Covid-19" peyvəndlərinə yaşıl siqnal ötürməyi planlaşdırır
"RİA Novosti": BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) liderlərinin toplantısında çıxış edən Rusiya Prezidenti Vladimir Putin, Çinin "Covid-19 ilə mübarizədə irəliləməsini yüksək qiymətləndirdi. Rusiya liderinə görə, Çin koronavirusun məğlub olacağını sübut etdi.
"TASS": ÜST mütəxəssisləri "Covid19" müalicəsi üçün "remdesivir" dərmanının istifadə edilməməsini tövsiyə edirlər.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar