Xarici mətbuat, 27 oktyabr 2020
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

"azertag.az": Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.
"trend.az": Ermənistan indiyədək əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə cavab verməyib - Dövlət Komissiyası
"VATAN" (Oman): Dünya iqtisadiyyatı yeni növ koronavirus virusundan (Covid-19) ciddi şəkildə təsirləndi və milyonlarla insanın kasıb kateqoriyaya daxil olmasına gətirib çıxardı.
"El-Mustakbal (Livan): ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
"El-Mustakbal (Livan): İranda hər 5 dəqiqədən bir nəfər "Covid-19"dan ölür
"Deutsche Welle": Türkiyə və Yunanistan bir-birlərinin milli bayramlarına təsadüf edən 28 və 29 oktyabr tarixləri üçün elan etdikləri "Navtex" qərarını ləğv etdilər.
"Der Spiegel": Almaniyada "Covid-19" karantinləri psixoloji problemləri artırdı
"Handelsblatt": Almaniyanın Baş naziri Angela Merkel gündən-günə artan "Covid-19" hadisələri barədə xəbərdarlıq etdi.
"Le Monde" (Fransa): Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan fransız məhsullarını boykot etməyə çağırdı
"France 24" (Fransa): Paris bir çox Orta Şərq ölkəsində fransız məhsullarının boykot edilməsinə son qoyulmasına çağırır
"Le Parisien" (Fransa): Çempionlar Liqası: PSJ (Paris Saint-Germain), Fransa-Türkiyə böhranın ortasında İstanbula gedir
"El Mundo" (İspaniya): İspaniyadakı Konqres üzvləri Baş nazir Pedro Sánchezin Konqresin nəzarəti olmadan elan etdiyi həyəcan vəziyyətini "nisbətsiz" olduğu üçün rədd etdilər.
"El Tiempo" (Kolumbiya): Boliviya məhkəməsi (Boliviyanın keçmiş prezidenti) Evo Moralesə qarşı həbs qərarını ləğv etdi.
"El País" (İspaniya): "Zeta" qasırğası, güclü yağışlara və küləklərə səbəb olan Meksikanın Tulum bölgəsinə çatdı. Yucatán yarımadası tamamilə qırmızı vəziyyətə gətirildi.
"Kommersant" (Rusiya): İslam dünyası Fransanı boykot etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsünə dəstək olundu.
"İzvestiya" (Rusiya): Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Yunanistanda bu ölkənin xarici işlər naziri ilə iki ölkə arasındakı ticarəti, "Covid-19" epidemiyasını və Yunanistanın Türkiyə ilə arasındakı mübahisəni müzakirə etdi.
"Vesti" (Rusiya): Səudiyyə Ərəbistanı noyabr ayında Rusiyanı geridə qoyaraq Çinin ən böyük neft tədarükçüsü oldu.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar