Xarici mətbuat, 23 oktyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1514503
Xarici mətbuat, 23 oktyabr 2020

"azertağ.az": Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

"trend.az": Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır - Türkiyə hökuməti

"Elqudus": İşğalçı İsrail Qəzza zolağına hava zərbələri endirir.

"Elraya": Asiya Futbol Konfederasiyası Dohada keçirilən AFC Çempionlar Liqasında Şərq Bölgəsi oyunları üçün stadionları müəyyənləşdirdi.

"Eldustuar": İordaniya Xarici İşlər naziri Ayman Al Safadi İordaniya, Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsinin səylərini dəstəkləyir.

"zeit.online": Dağlıq Qarabağ - Türkiyə Azərbaycana hərbi yardım vəd etdi.

"focus.de": Prestij layihəsi “Türk Tesla” davam edir - batareyalar Almaniyada Bitterfelddən gedəcək.

"dpa": Danimarka alman turistlər üçün sərhədi bağladı.

"El Pais" (İspaniya): İspaniya Səhiyyə Nazirliyi ölkə daxilində komendant saatını təxirə salıb.

"La Vanguardia (İspaniya)": Koronavirusun ikinci dalğasını nəzarətdə saxlamaq mümkün olmadığı halda, İspanların demək olar ki, yarısı yenidən tam karantin rejimini dəstəkləyirlər.

"El Universal" (Meksika): Meksika Tibbi Sığorta İnstitutunda intubasiya olunmuş 10 xəstədən 8-i vəfat edib.

"Le Monde": Xəstəxanaların dolmasının qarşısını almaq üçün, komendant saatı bütün Fransanı əhatə edəcək.

"France 24": Seçkidən əvvəl son dəfə müzakirə proqramında bir araya gələn Donald Tramp və Co Bayden hücumlara baxmayaraq, nəzakət qaydalarına riayət edə bildilər.

"Le Temps" (İsveçrə): Remdesivir Amerika Birləşmiş Ştatları tərəfindən "Covid-19"un müalicəsində istifadəsinə icazə verilən yeganə dərman preparatıdır.

"RBK" xəbər saytı: Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Rusiyanın Qərbin hörmətsizliyinə dözməyəcəyini söylədi.
"Vedomosti" xəbər saytı: ABŞ prezidenti Donald Tramp seçkilərdəki rəqibi Co Baydeni  Rusiyadan pul almaqda günahlandırdı.
"Lenta.ru" xəbər saytı: Rusiya Prezidenti Vladimir Putin məhkəmələri səbəbiylə xaricə çıxışı məhdudlaşdırılan Alexey Navalnının xəstələndiyi zamanda Almaniyaya gedə bilməsi şəxsi təlimat verdiyini açıqladı.



Әlaqәli Xәbәrlәr