Xarici mətbuat, 21 oktyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1513069
Xarici mətbuat, 21 oktyabr 2020

"azertag.az": Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb
"trend.az": Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib.

"Deutsche Welle": Türkiyənin Avtomobil Təşəbbüs Qrupu (TOGG) ilə dünyanın qabaqcıl akkumulyator istehsalçılarından olan Farasis, litium-ion akkumlyator tədarükü sahəsində razılığa gəldiklərini açıqlayıb.

"Tagesschau.de": Avropa İttifaqı (Aİ) Komissiyası Kıbrıs Rum İdarəsi və Maltanın “qızıl pasport” kimi tanınan “investisiya qarşılığında vətəndaşlıq” tətbiqi ilə əlaqədar qanuni dövr elan edib. Komissiya tətbiqin Aİ qanunlarına zidd olduğunu deyir.

"Welt.de": Almaniyada koronavirusa yoluxanların sayının sürətlə artmasına baxmayaraq, Alman ordusu radiasiya tədqiqatları üçün Dortmund şəhərində fəaliyyətə başladı.

"Le Monde": Fransada əczaçıların böyük bir qisminin qrip peyvəndi ehtiyatı tükəndi.

"Le Figaro": Kanadada Afrika əsilli bir nəfərin ölümü ilə əlaqədar istintaq edilən polis həbs zamanı bəraət qazandı.

"Le Figaro": Fransa prezidenti Emmanuel Macron, Rusiya prezidenti Vladimir Putindən terrorla mübarizədə əməkdaşlığı gücləndirməyi istədi.

"VATAN" (Oman): Suriya tezliklə Rusiya tərəfindən tapılan iki "Covid-19" peyvəndini əldə edəcək.

"Al-Raya Al-Katariya" (Qətər): Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında viza rejiminin tətbiqi qarşılıqlı olaraq ləğv edildi.

"El-Mustakbal" (Livan): Qarabağdakı vəziyyət pisdir və Birləşmiş Millətlər Təşkilatı (BMT) atəşkəsə riayət olunmasını tələb etdi.

"El Pais": (İspaniya): İspaniyada koronavirusa yoluxma sayı 1 milyona yaxınlaşır, Səhiyyə naziri yoluxmanın qarşısını almaq üçün ictimaiyyətdən hərəkətliliyi və sosial məsafəni azaltmağı tələb etdi.

"Infobae": (Argentina): Boliviya seçkilərində MAS-ın (Movimiento al Socialismo, Sosializm Hərəkatı) qələbəsindən sonra Santa Cruz şəhərində təxminən 5 min nəfərin iştirak etdiyi etiraz aksiyaları keçirilir. Etirazçılar seçkilərdə saxtakarlığa yol verildiyini iddia edirlər.

"TeleSur": (Venesuela): 2020-2021-ci il Çempionlar Liqası matçlarına yaxşı başlayan İspaniya təmsilçisi Barselona, Macarıstanın Ferencvaros komandasını 5-1 hesabı ilə məğlub etdi.

"Lenta.ru": ABŞ “Şimal Axını 2” ("Nord Stream 2") layihəsinə tətbiq etdiyi sanksiyaların əhatəsini genişləndirdi.
"İzvestiya" qəzeti: Müvəqqəti olaraq Qırğızıstan Prezidenti vəzifəsini müvəqqəti icra edən Sadır Caparov Rusiya səfiri ilə görüşündə rus dilinin rəsmi dil olaraq qalacağını söylədi.
"Kommersant" qəzeti: ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Almaniyadakı qüvvələrinin bir hissəsinin Rusiyaya yaxın bir Avropa ölkəsinə köçürülməsi ehtimalı üzərində işləyir.



Әlaqәli Xәbәrlәr