Xarici mətbuat, 15 oktyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1509427
Xarici mətbuat, 15 oktyabr 2020

"azertag": Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir

"trend.az": Ağdamın atəşə tutulması nəticəsində 2 nəfər xəsarət alıb - Baş Prokurorluq

"France 24": Fransa Prezidenti Emmanuel Makron "Covid-19" infeksiyası ilə mübarizə çərçivəsində Parisdə və səkkiz böyük şəhərdə komendant saatı elan etdi
"France 24": Emmanuel Makron: Komendant saatına əməl edilməyəcəyi təqdirdə 135 avro cərimə olunacaq
"Le Monde": UEFA Millətlər Liqası: Fransa Xorvatiyada qalib gəldi (2-1)
"Deutsche Welle:" Ermənistan torpaq itkilərini ilk dəfə təsdiqlədi
"Tagesschau.de": Almaniyada gündəlik koronavirus hadisələrinin sayı 6 mini keçdi
"Sueddeutsche.de": "Corona-19" Alman iqtisadiyyatına gözləniləndən daha ağır zərbə vurdu - Alman iqtisadiyyatı ən erkən 2022-ci ilin sonunda böhrandan əvvəlki səviyyəyə çatacaq.
"El País": İspaniya: Kataloniya bölgəsindəki bütün bar və restoranlar 15 gündür bağlıdır. Bundan əlavə, sosial təmasları minimuma endirmək üçün ticarət mərkəzlərindəki müştəri tutumu məhdudlaşdırılacaq.
"El Mundo" (İspaniya): Portuqaliya (koronavirus səbəbi ilə) fəlakət vəziyyəti elan etdi və bir araya gələn insanların sayı 5 nəfərlə məhdud edildi.
"El Mostrador" (Çili): Peru Maçu Puçini tək bir yapon turist üçün (İnkaların qədim şəhəri) açdı. 7 aydır Kusko şəhərində qalan yapon turistl pandemiya səbəbiylə ziyarətə qapalı olan Maçu Piçunun yenidən açılmasını gözləyirdi.
"Al Jazeera": Yəməndə mübadilə razılaşmasının bir hissəsi olaraq... Husilər amerikalı 2 girovu sərbəst buraxdı.
"Al-Dustour"
(İordaniya): Moskva Vaşinqtonun nüvə silahları müqaviləsini uzatma tələbini rədd edib
"Al-Quds Al-Arabi": ABŞ Dövlət katibi Maykl Pompeo Səudiyyə Ərəbistanını İsrail ilə münasibətləri normallaşdırmağı müzakirə etməyə çağırdı
"İzvestiya" qəzeti: Rusiya Prezidenti Vladimir Putin "Covid-19" infeksiyasına qarşı ikinci peyvəndin Rusiyada qeydiyyatdan keçdiyini açıqladı.
"RT": Azərbaycan Prezidenti İlham Əliyev "France 24"-ə verdiyi müsahibəsində Azərbaycanın Dağlıq Qarabağdakı münaqişələrdə muzdlulardan istifadə etdiyi barədə iddiaları təkzib etdi.
"Kommersant" qəzeti: Rusiya Serbiya, Yaponiya və Kubaya uçuşlarını bərpa etdi.



Әlaqәli Xәbәrlәr