Xarici mətbuat, 8 oktyabr 2020
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

"azertag.az": Baş Prokurorluq: Düşmənin atəşi nəticəsində Goranboy rayonunun Aşağı Ağcakənd kənd sakini həlak olub
"trend.az": Türkiyə Prezident Administrasiyası: Ermənistan Azərbaycanın bütün tələblərini qəbul etməlidir
"Bild.de": ABŞ-da Afrika mənşəli Corc Floydu öldürən polis 1 milyon dollar girov müqabilində sərbəst buraxıldı
"Deutsche Welle": Almaniya və Fransa Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəyir. Navalnının zəhərlənməsinin sübutundan sonra Berlin və Paris Rusiyaya qarşı sanksiya istəyir.
"zdf.de": Almaniyada bir gündə 4000 yeni korona hadisəsi aşkarlandı
"Al-Quds Al-Arabi: ABŞ Milli Təhlükəsizlik məsləhətçisi Robert Obrayn: Amerika gələn il Əfqanıstandakı qüvvələrini 2500-dək ixtisar edəcək.
"Al-Raya" (Qətər): (Türkiyə Prezidenti) Ərdoğandan (Almaniya kansleri) Merkelə: Aİ qərarları problemləri həll etməyəcək
"Al Jazeera": Harris (ABŞ-da Demokratların vitze-prezident namizədi): (ABŞ Prezidenti) Trampın tövsiyə etdiyi koronavirusa qarşı heç bir peyvəndi qəbul etməyəcəyəm
"El País" (İspaniya): İspaniya qrip mövsümü başladığı üçün səhiyyə işçiləri və yaşlı insanlar üçün PCR testini məhdudlaşdıra bilər.
"La Jornada" (Meksika): Nobel mükafatı laureatı meksikalı kimyaçı Mario Molina vəfat etdi
"Clarin" (Argentina): ABŞ Prezidenti Donald Tramp müalicə zamanı ona verilən "Covid-19" dərmanını "təsdiqləyəcəyini və pulsuz paylayacağına" dair vəd verdi.
"Le Figaro": "Youtube" Fransa iqtisadiyyatına yarım milyard avroluq yardım etdiyini açıqladı
"Le Parisien": "Alex" fırtınası: Bölgənin bərpası üçün (Fransa Prezidenti) Makron bir milyard avro vəd edir
"Le Soir": Brüsseldə barlar, kafelər, çayxanalar və əyləncə məkanları (koronavirusla mübarizə üçün) bir ay bağlanır
"RT" Xəbər saytı: İngiltərə Rusiya müxalifəti Aleksey Navalnının zəhərlənməsinə görə Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını istəyir.
"RİA Novosti" agentliyi: Rusiya Belarusa müxalifət lideri Svetlana Tixanovskayanı axtarışda olan şəxslər siyahısına salıb.
"TASS": Rusiyanın Ryazan bölgəsindəki ordunun silah-sursat anbarında partlayışlar davam edir.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar