Xarici mətbuat, 1 oktyabr 2020
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

"azertag.az": Azərbaycan Prezidenti: Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin
"azertag.az": Ermənistan ordusunun artilleriya qurğuları məhv edilib
"Le Parisien": Fransanın Baş naziri Jan Kasteks bu gün Paris, Lyon, Lill və Grenoble bələdiyyə başçılarını yeni növ koronavirus epidemiyasını müzakirə etmək üçün qəbul edəcək.
"Le Monde": Elm adamları Fransanın "Covid-19"a qarşı izlədiyi sağlıq strategiyasını necə qiymətləndirirlər?
"Le Figaro": Marsilya və Aİks şəhərlərində "Covid-19" epidemiyasına qarşı mübarizə çərçivəsində bar və restoranların bağlanması qərarı məhkəmə tərəfindən təsdiqləndi.
"Elqudus": Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım və Əmək Agentliyi (UNRWA) "Covid-19" ilə mübarizə üçün təcili olaraq maddi dəstəyin lazım olduğunu vurğuladı.
"Eldustour": "Covid-19"a qarşı təsirli bir peyvənd hazırlamaq üçün Ərəb birliyi-Çin iclası keçirilib.
"Elraya": Qətər xalqı Şeyx Sabah Əl Əhmədə qiyabi olaraq namaz qılır
"El Pais" (İspaniya) İspaniyanın Baş naziri Pedro Sánchez, məhkəmənin gücünü yeniləmək üçün bəzi qanunlarda dəyişdiklik edilməsini düşünür.
"El Pais": İspaniyanın Səhiyyə naziri Salvador Illa Madrid sakinlərinin 70 faizinin karantina alınacağını, digər yeddi böyük şəhərin yenidən karantin riski altında olduğunu açıqladı.
"TeleSur": (Venesuela) Kolumbiyada 2020-ci ildə 260 adam öldürüldü, bu da keçən il öldürülənlərin sayından təxminən iki qat çoxdur.
"Euronews": Prezident Rəcəb Tayyib Ərdoğanın sammitdən əvvəl Avropa İttifaqı (Aİ) liderlərinə məktubu.
"Deutsche Welle": Belçikanın paytaxtı Brüsseldə Türkiyə və Şərqi Aralıq dənizi zirvəsi.
"Zeit Online": Bayern Münhen Almaniyada super kubokun qalibi
"RİA Novosti": Rusiya Prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron Dağlıq Qarabağ və Belarusdakı vəziyyəti telefonla müzakirə etdilər
"Kommersant": Rusiyada müxalifət siyasətçi Aleksey Navalnı Almanyanın "Der Der Spiegel" jurnalına verdiyi müsahibədə zəhərlənmə iddiasının arxasında Rusiya Prezidenti Vladimir Putinin olduğunu söylədi.
"İzvestiya": Gənc və orta yaşlı rusların 46 faizi uşaq sahibi olmaq niyyətində deyil. Səbəblər arasında maliyyə problemləri, sağlamlıq problemləri və karyera imkanlarını itirmək qorxusu var.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar