Xarici mətbuat, 25 sentyabr 2020
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.
"azertag.az": Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 61 dəfə pozub.
"ternd.az": BMT-nin informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışını xüsusi xəbər kimi yayıb.
"Elqudus": İsrailin Baş naziri Binyamin Netanyahu: "Yeni növ koronavirus (Covid-19) ilə üzləşmək üçün bir müharibənin zirvəsindəyik.
"Assabah": Səudiyyə Ərəbistanı ümrə ziyarətlərinin 4 oktyabrdan etibarən tədricən başlayacağını açıqladı.
"Elraya": Qətər və Amerika Birləşmiş Ştatları (ABŞ) terrorla mübarizədə əməkdaşlığı gücləndirir.
"Deutsche Welle": "Covid-19" - Almaniyada virusa yoluxanların sayı yenə 2000-dən yuxarıya çıxdı.
"Frankfurter Allgemeine Zeitung": Almaniyanın Xarici İşlər naziri Hayko Maas İsrail ilə fələstinlilər arasında danışıqlar keçirilməsində israrlıdır
"Spiegel-də": Türkiyənin Mərkəzi Bankı gözlənilmədən əsas faiz dərəcələrini artırdı
"El País": (İspaniya): İspaniyanın Səhiyyə Nazirliyi Madrid hökumətindən "Covid-19"a qarşı qətiyyətli davranmasını və dəstək üçün 7500 əsgər göndərməsini istəyib.
"El Mundo" (İspaniya): İspaniyada "Covid-19"a yoluxma hadisələrinə başçılıq etməyə davam edən Madrid, bazar ertəsi günündən etibarən yeni məhdudiyyətləri elan etməyə hazırlaşır.
"Telesur" (Venesuela): Venesuela Prezidenti Nikolás Maduro Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə hazırda çoxtərəfliliyin gücləndirilməsi problemini müzakirə etmək üçün rəsmi görüş keçirdi.
"Le Monde": Fransada yeni tədbirlərin elanından sonra hökumət tənqid hədəfinə çevrildi
"Le Figaro": "Covid-19" epidemiyası səbəbiylə dünya miqyasında ölüm sayı 978 mini keçdi, Avropa İttifaqı üzvlərini tədbirləri sərtləşdirməyə çağırdı.
"France 24": Fransadaki "Covid-19" infeksiyası: Son 24 saatda 16 min 96 yeni hadisənin görülməsindən sonra Fransanın Baş naziri Jan Kasteks yeni bir karantin dövrünün istisna olmadığını söylədi.
"Gazeta.ru": ABŞ Prezidenti Donald Trampın yeni rəqibi: Rusiya Prezidenti Vladimir Putin Nobel Sülh Mükafatına namizəd göstərildi.
"Regnum": "Nordwind Airlines" 1 oktyabrdan etibarən Permdən İstanbula tranzit uçuşlarına başlayır.
"İzvestiya": Putin "Covid-19" səbəbiylə tətbiq olunan məhdudiyyətlərin artırıla biləcəyini söylədi.
Әlaqәli Xәbәrlәr
Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar