Xarici mәtbuat: 24 sentyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1496473
Xarici mәtbuat: 24 sentyabr 2020

 

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

‘‘Azәrtac’’: Azərbaycan Ordusu istənilən vəziyyətdə döyüş tapşırığını yerinə yetirmək gücündədir.

‘‘Azәrtac’’: Ermənistan ordusunun bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 69 dəfə pozub.

‘‘Azәrtac’’: Azərbaycanın Xarici İşlər naziri Gürcüstana səfərə yola düşüb.

‘‘Tagesschau.de’’: Almaniya xarici işlәr naziri Hayko Maas İordaniyaya edәcәyi sәfәri tәxirә salıb. Mәlumata görә Maasın tәhlükәsizlik xidmәtinin әmәkdaşlarından birinin koronavirus testi pozitiv çıxıb vә o, karantinә alınıb.

‘‘Reuters.com’’: Almaniya hökumәti Afina-Ankara arasındakı dialoqdan mәmnundur.

‘‘Deutsche Welle’’: NATO-nun Baş katibi Yens Stoltenberq Şәrqi Aralıq dәzizi  böhranı sәbәbindәn gәrginlik yaşayan Türkiyә ilә Yunanıstan arasındakı hәrbi görüşlәrdә ciddi irәlilәyişin әldә olunduğunu açıqlayıb.

‘‘El Mundo’’: Venesuela prezidenti Nikolas Maduro Miraflores Prezident İqamәtgahının qorunması üçün gizli komanda yaradır.

‘‘Infobae’’: Amerika Birlәşmiş Ştatları Kubaya yeni sanksiyalar tәtbiq edәcәk.

‘‘Al Jazeera’’: Qaçqınlara nәzarәt üzrә beynәlxalq mәrkәz: "Suriyada 15 milyondan çox adam evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb’’.

‘‘Le Monde’’: ‘‘Covid-19’’: Fransa sәhiyyә naziri Oliver Veran şәmbә günündәn etibarәn Marsiliya vә Quadeloupe adasında bütün bar vә restoranların bağlanacağını açıqladı.

‘‘Le Figaro’’: Fransa Yunanıstandakı  Moria düşәrgәsindәki  500 qaçqın uşağı ölkәyә qәbul edәcәk.

‘‘Le Soir’’: Koronavirus : Belçikada gündә tәxminәn 1.400 adam virusa yoluxur.

‘‘Izvestiya’’qәzeti: Belarus prezidenti  Aleksandr Lukaşenkonun gizli andiçmә mәrasiminә qarşı etiraz aksiyası keçirәn onlarla aksiyaçı saxlanılıb. 

‘‘Neftegaz.ru’’: Türkiyә tәbii qaz qiymәtlәri ilә bağlı Rusiya ilә müzakirәlәr aparır.

 



Әlaqәli Xәbәrlәr