Xarici mətbuat, 23 sentyabr 2020
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

"azertag.az": Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.
"trend.az": Milli Məclisin sədri: Ümid edirik ki, Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək
"Le Monde": "Covid-19": İngiltərədə Baş nazir Boris Conson altı ay davam edə biləcək bir sıra məhdudiyyətlər elan etdi.
"France 24": Prezident Ərdoğan BMT-də Aralıq dənizi mövzusunda regional bir konfrans keçirilməsini təklif etdi.
"Liberation": Avropaya gedən qaçqınlar ümidsizlik içində bir labirentin içində qalırlar.
"Al-Raya Al-Katariya" (Qətər): Livanda Hizbullaha məxsus mərkəzdə partlayış baş verdi.
"El-Mustakbal" (Livan): Misirdə prezident Abdulfettah al-Sisi: "Fələstinlilərin müstəqil bir ölkə qurma haqqını dəstəkləyirik"
"VATAN" (Oman): Fələstin Ərəb Birliyindəki sədrlik hüququndan imtina edir
"El Mundo" (İspaniya): İspaniya Hökuməti pandemiya dövründə dövründə tətbiq olunmayan yeni uzaqdan iş qanununu təcili olaraq təsdiqlədi.
"Infobae" (Argentina): ABŞ demokratiyanı pozduğu üçün venesuelalı 5 siyasətçiyə sanksiya tətbiq etdi
"La Nacion" (Argentina) Braziliya Prezidenti Jair Bosonaro BMT-də etdiyi çıxışında media orqanlarının "evdə qalın" kimi şüarlarla ölkəyə xaos gətirdiyini bildirdi.
"Deutsche Welle": ABŞ Prezidenti Tramp BMT Baş Məclisində Çini koronavirusu dünyaya yaymaqda günahlandırdı.
"Frankfurter Allgemeine Zeitung": Almaniya kosmik əməliyyat mərkəzi qurur.
"Süddeutsche Zeitung": Almaniyanın Münhen şəhərində "Covid-19" hadisələrinin artması səbəbindən tədbirlər sərtləşdirilir.
"Lenta.ru": Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla görüşündə Rusayadakı müxalifət lideri və aktivist Aleksey Navalnının səhvən zəhər içərək zəhərlənmiş ola bilcəyini irəli sürüb.
"TASS": Vladimir Putin BMT Baş Məclisinin 75-ci sessiyasında çıxış etdi. Prezident koronavirus əleyhinə peyvəndin əlçatan olması, kosmosda silahların qadağan edilməsi və digər məsələlərə toxundu.
"Ria Novosti": Rusiyada alimlər bakteriya və göbələklərin səbəb olduğu əksəriyyəti yoluxucu, insan və heyvan xəstəlikləri ilə effektiv mübarizə aparmağa və tibb dünyasında dəyişiklik edə biləcək təbii bir antibiotik kəşf etdilər.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar