Xarici mətbuat, 17 sentyabr 2020
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

"azertag.az":İndiyədək Bakı-Tbilisi-Ceyhan kəməri ilə 417 milyon ton Azərbaycan nefti nəql olunub
"trend.az": NATO-nun komitə iclasında Ermənistanın regiona yaratdığı təhlükədən danışılıb
"Aljazeera": Türkiyə və Rusiya Liviyada həyata keçiriləcək atəşkəs razılaşmasına yaxınlaşdı. Liviya Milli Həmrəylik Hökumətinin Baş naziri Fayiz el-Serrac hakimiyyəti gələn ay yeni bir hökumətə təhvil verməyə hazır olduğunu açıqladı.
"Al Sharq" (Qətər): İngilis insan haqları təşkilatları İsrail ilə normallaşma müqaviləsi imzalayan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynə qarşı boykot çağırışı etdilər.
"Addustur" (İordaniya): Yəhudi sakinlərin Məscidül-Əqsaya qarşı pozuntuları davam edir və işğal qüvvələri Qüdsdə 6 fələstinli ailəyə evlərini yıxması üçün təzyiq edirlər.
"Le Figaro": Varlı ölkələr "Covid-19" peyvənd dozalarının yarısını inkişaf etdirmək məqsədilə özləri üçün ayırıblar.
"Le Monde": Fransa hökuməti bu il ölkə iqtisadiyyatının 10 faiz kiçiləcəyini proqnozlaşdırır.
"Liberation": "Covid-19": Fransanın Təhsil naziri Jean-Michel Blanquer "Covid-19" hadisələrinin artması səbəbiylə 81 məktəbin bağlandığını açıqladı.
"El Mundo" (İspaniya): "Covid-19" hadisələrinin artması səbəbiylə İspaniyanın paytaxtı Madrid, "Ifema" Xəstəxanasını yenidən açmağa hazırlaşır.
"El Universal" (Meksika): ABŞ Prezidenti Donald Tramp dedi: "Hələ görüləsi çox iş var" . Trump Meksikanı əsas narkotik istehsal edən ölkələrin siyahısına saldı.
"El Tiempo" (Kolumbiya): Kolumbiyanın Səhiyyə Nazirliyi "Covid-19"un ikinci dalğasının birincisi qədər ölümcül olmayacağına inanır.
"Deutsche Welle": Prezident Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel, video konfrans vasitəsilə Şərqi Aralıq dənizini müzakirə etdilər.
"Tagesschau": Almaniyada irqçi paylaşmalar edən 29 polis məmuruna qarşı istintaq başladıldı
"Handelsblatt": Yunanıstandan 10 milyard avroluq silahlanma açıqlaması
"TASS" agentliyi: "Forbes" jurnalının reytinqinə görə, "Lukoil" neft şirkəti Rusiyanın ən böyük şirkəti olaraq mövqeyini qorudu.
"RİA Novosti": Polşa 2010-cu ildə Rusiyanın Smolensk şəhərində baş verən təyyarə qəzası (o vaxtkı prezident Lex Kaçinskinin ölümü) zamanı vəzifə icra edən qüllə operatorlarının həbs olunmasını tələb etdi.
"RBK": Avropa İttifaqı Rusiya müxalifəti Aleksey Navalnının məhkəməsində yer alan bütün şübhəlilərin əmlakının müvəqqəti müsadirə edilməsini istədi.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar