Xarici mətbuat, 11 sentyabr 2020
Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

"azertag.az":Müdafiə Nazirliyi: Hərbçilərin guya erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırılmaları barədə məlumatlar yalandır
"trend.az": Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin sentyabrın 10-dan Türkiyədə rəsmi səfəri davam edir.
"zdf.de": Almaniya kansreli Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron (Yunanıstandakı) Moria düşərgəsindən valideynləri yanlarında olmayan sığınacaq axtaran 400 uşaq qəbul etmək mövzusunda razılaşıblar.
"Deutsche Welle": Almanların qorxularına dair bir araşdırma ABŞ Prezidenti Donald Trampın ən böyük narahatlıq qaynağı olaraq qaldığını ortaya qoyub.
"Süddeutsche Zeitung": Alman hökumətinin epidemiyaya 1 oktyabr tarixindən etibarən epidemiyaya görə səyahət xəbərdarlığı verəcəyinə dair qərarı turizm şirkətlərinin narahatlıqlarını aradan qaldırmaq üçün kifayət etmədi.
"France 24": Fransada son 24 saat ərzində 10.000-ə yaxın yeni "Covid-19" faktı qeydə alındı, epidemiya başladığından bəridir bu bir rekorddur
"Le Figaro":: Bu gün Fransa hökumətindən "Covid-19" ilə əlaqəli qərarlarını açıqlayacağı gözlənilir. Prezident Emmanuel Makron "Covid-19"a ayrılan müdafiə şurasının sonunda "qarşıdan gələn həftələrdə görünüş qazandıran" və virusun yayılmasına "uyğunlaşacaq" qərarları açıqlayacağını söyləyib.
"Le Monde": Fransa Daxili İşlər Nazirliyi vizual və sosial şəbəkəni polis məmurlarının üzlərini bulanıq göstərməyə məcbur edir.
"Elraya": Sudan Qətərdən yeni yardım ləvazimatlarını təhvil aldı
"Eldustour": İordaniyada 22 dövlət məktəbi tədris ili başladıqdan 14 gün sonra "Covid-19" hadisələrinin aşkarlanmasından sonra onlayn təhsilə qayıtdı.
"Newsabah": Milli Həmrəylik Hökumətindəki "təhlükəsizlik" dəyişiklikləri ilə Liviyada vəziyyət daha da qəlizləşdi.
"El Pais": (İspaniya) ABŞ Prezidenti Donald Tramp: “İspaniyada koronavirus hadisələri 300 faiz artdı. Oradakı vəziyyət həqiqətən pisdir.
"El Mundo": (İspaniya) İspaniya Səhiyyə Nazirliyinin yeni qərarına görə PCR testi mənfi çıxan və "Covid-19" ilə mübarizədə fəal işləyən səhiyyə işçiləri testi müsbət olan xəstələrlə təmasda olsalar da karantina götürülməyəcəklər.
"TeleSur" (Venesuela): Venesuela Prezidenti Nikolas Maduro "Covid-19" müalicəsi alan xəstələrə satılan qanunsuz dərmanları kameralarda göstərərək bu vəziyyəti ictimaiyyətlə paylaşıb.
"Kommersant" qəzeti: Rusiyada 2035-ci ildə ictimai nəqliyyat pulsuz ola bilər.
"RBK" xəbər saytı: Rusiya Almaniyanın zəhərləndiyini bildirdiyi müxalifətin lideri Aleksey Navalnı ilə əlaqədar istintaqa qatılma tələbini bir daha Almaniyaya çatdıracaq.
"Lenta.ru": Serbiya Prezidenti Vuçiç Putin və Lavrovun ondan (Xarici İşlər Nazirliyinin sözçüsü Zaharovanın əvvəlki açıqlamasına görə) üzr istədiklərini söylədi.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar