Xarici mətbuat, 31 avqust 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1481949
Xarici mətbuat, 31 avqust 2020

"azertag.az": Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
"kaspi.az": Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi 30 Avqust Zəfər Bayramı ilə bağlı məlumat paylaşıb.
"ard.de": Almaniyanın paytaxtı Berlində yeni növ koronavirus epidemiyasına qarşı görülən tədbirlərə etiraz edən nümayişçilər Bundestaqın binası "Reicstag"a girməyə cədh ediblər.
"zdf.de": Almaniya Prezidenti Frank Valter Ştaynmayer Bundestaq binasının qarşısında nümayiş keçirən və iğtişaşyaradan radikal sağçılara sərt reaksiya verdi.
"Deutsche Welle": Türkiyədən Almaniyaya qayıdanların şikayətlərinin başında "Covid-19" testi yer alır. Sərnişinlər təyyarəyə ancaq Almaniyaya çatdıqlarından 48 saat əvvəl keçirilmiş və negativ test nəticəsilə təyyarəyə minə bilərlər.

"Al-Raya Al-Katariya" (Qətər): Səudiyyə Ərəbistanı Yəməndə çəllək bombalarından istifadə etdi

"VATAN" (Oman): İraq El-Taci hərbi bazasında xarici qüvvələrin olmadığını elan etdi
"İnfobae" (Argentina): Dünyada "Covid-19" qaynaqlı ən yüksək ölüm nisbətinə sahib olan Peruda peyvənd olacaq ilk 3000 namizədi 10 dəqiqədə qeydə alındı. 3-cü mərhələdə olan Çin "Sinopharm" şirkətinin iki peyvəndi ölkədə 6000 könüllü tərəfindən test edilir.
"El País" (İspaniya): İspanlar (keçmiş kral) Xuan Karlosun Birləşmiş Ərəb Əmirliklərinə getməsini qəbul etmirlər.
"El Mundo" (İspaniya): La Liga (İspaniya birinci liqası) Barselona komandasına və Messinin komandadan ayrılmasına veto qoyub.
"Le Figaro": Fransa da daxil olmaqla bir çox ölkə, mümkün olan ikinci koronavirus dalğasının qarşısını almaq üçün tədbirlərini artırır.
"France 24" : Livan: Hizbullah Fransa prezidenti Emmanuel Makron tərəfindən təqdim edilən "siyasi razılaşmanı" müzakirə etməyə hazırdır
"Le Parisien" (Fransa): "Covid-19": Fransada həftədə bir milyon testin edilməsi hədəf götürüldü



Әlaqәli Xәbәrlәr