Xarici mətbuat, 26 avqust 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1479326
Xarici mətbuat, 26 avqust 2020

"azertag.az": Ermənistan ordusunun bölmələri Tərtər rayonunun Qapanlı kəndini atıcı silahlardan atəşə tutublar

"Deutsche Welle": Yunanıstan: "Türkiyə ilə dialoqa hazırıq"
"Badische Neue Nachrichten": "Formula-1" doqquz ildən sonra yenidən İstanbulda
"Redaktionsnetzwerk Deutschland": BMT dünyada 120 milyon insanın koronavirus xəstəliyi səbəbiylə turizm sənayesində işsizlik təhlükəsi ilə qarşı-qarşıya olduğunu açıqlayıb.
"El Mundo" (İspaniya): Koronavirus epidemiyası İspaniyanın böyük şəhərlərində yüksək kirayə qiymətlərinin enməsinə səbəb oldu.
"El Pais" (İspaniya): İspaniya Prezidenti Pedro Sançez nazirlərinə qarşıdakı ayların "çox ağır" olacağını və bu dövrlərdə birliyə ehtiyac olduğunu söylədi.
"El Nacional" (Venesuela): Braziliyada "Covid-19"-dan sağalan, lakin yenidən virusa yoluxan 6 xəstə üzərində araşdırma aparılır.
"Addustour" (İordaniya): Fələstin İnsan Hüquqları Mərkəzi xüsusilə Qəzza zolağında karatina alınan 4 yeni "Covid-19" hadisəsindən sonra, epidemiya davam edəcəyi təqdirdə Qəzza zolağına təsir edə biləcək fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıq etdi.
"Al Jazeera": İşğalçı qüvvələr Qəzzanı bombalamağa və İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir.
"Al-Raya" (Qətər): Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman yığıncaq tarixinin sızdırılmasından sonra bir fəlatə ola biləcəyindən qorxduğu üçün Vaşinqtonda, İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünü ləğv etdi.
"Le Figaro" (Fransa): Koronavirus: Marseldə maska taxmaq məcburidir, restoranlar hər axşam yerli vaxtla 23: 00-da bağlanacaq.
"Le Monde" (Fransa): Dövlət məktəblərin açılışında tələbələrə maska paylamayacaqFransa 24 (Fransa): "France 24": Fransa və ABŞ Rusiya müxalifəti və aktivist Aleksey Navalnının zəhərlənməsi ilə əlaqədar istintaq istədi.

"İzvestiya" qəzeti: Rusiya Xarici İşlər Nazirliyi müxalifətçi Navalnı məsələsindəki ittihamları "təhqiramiz" kimi qiymətləndirdi.
"RBK": Rusiya Milli Sağlamlıq və Epidemik Risk İdarəetmə Komitəsinin rəhbəri Onişenko, yeni tədris ilinin başlamasından sonra baş verəcək qrip infeksiyası barədə xəbərdarlıq etdi.
"TASS" agentliyi: Ukrayna Prezidenti Vladimir Zelensky Krımı (Rusiya tərəfindən birtərəfli olaraq ilhaq edilmiş) geri almaq niyyətində olduqlarını söylədi.



Әlaqәli Xәbәrlәr