Xarici mətbuat, 25 avqust 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1478675
Xarici mətbuat, 25 avqust 2020

"azertag.az": Azərbaycan və Türkiyə üçün birgə yeni iqtisadi layihələr perspektivi ortaya çıxıb

"trend.az": Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub.

"Al Quds Al Arabi" (Ərəb İngilis) Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdən sonra Aralıq dənizində təbii qaz kəşf edəcəyini nəzərdə tutur.
Al-Jazerra (Qətər TV): Liviyada atəşkəs razılaşması elan edildikdən sonra Xəlifə Hafterə sadiq silahlılar Liviyanın Sirte şəhəri ilə əlaqəni kəsib, internetə girişi maneə törətməklə şəhəri təcrid etdi.
Al Raye Al Qatariyye (Qətər): Qətər Hava Qüvvələrinə və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr bu iki dost ölkəni bir-birinə bağlayan əlaqələrin əlaməti olaraq birgə uçuş həyata keçirdi.
"Prensa Latina" (Kuba): Türkiyə Şərqi Aralıq dənizinin şərqindəki gəmilərini geri çəkməyi düşünmür.
"La Vanguardia" (İspaniya):"Covid-19"-a yenidən yoluxan ilk xəstə virusa İspaniyada məruz qalıb.
"El Pais" (İspaniya): Kataloniya (İspaniya bölgəsi) 10 nəfərdən çox adamın toplaşmasını qadağan edir, Murcia (şəhər) bunu 6 nəfər olaraq elan edib. Madrid (İspaniyanın paytaxtı) isə ümumiyyətlə insanların bir araya gəlməməsinin vacibliyini bildirir.
"France 24": "Covid-19": Almaniya Fransanın İle-de-France və Kot d'Azur bölgələrinə səyahət etməyi tövsiyə etmir.
"Le Figaro": Əlcəzair Konstitusiya dəyişikliyii ilə əlaqədar 1 noyabrda referendum elan etdi
"Le Monde": ABŞ-da Respublikaçılar hazırkı prezident Donald Trampın prezident seçkisinə namizədliyini rəsmən elan etdilər.
"Deutsche Welle": Koronavirus yoluxmalarının sayının gündə iki minə yüksəldiyi Almaniyada maskalardan istifadənin yayğınlaşması gündəmdədir.
"Handelsblatt": Almaniyanın Xarici İşlər naziri Hayko Maas bu gün Yunanıstanın paytaxtı Afinadakı danışıqlardan sonra paytaxt Ankaraya gələcək.
"Tagesschau Online": Almaniyanın paytaxtı Berlində müalicə alan müxalif rus siyasətçisi Navalnı ilə əlaqədar zəhərlənmə şübhəsi təsdiqləndi.
"RİA Novosti" agentliyi: Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Oleq Hramov dünyadakı bütün kiber hücumların 75 faizinin ABŞ-dan edildiyini açıqladı.
"İzvestiya" qəzeti: ABŞ dövlət katibinin müavini Stiven Biegun Belarus müxalifət lideri və prezidentliyə namizəd Svetlana Tixanovksaya ilə Belarusda demokratiyanın gücləndirilməsi məsələsini müzakirə etdi.
"Kommersant" qəzeti: Kıbrıs Rum İdarəsi bəzi kateqoriyalardakı Rusiya vətəndaşları üçün sərhədi açacaq.



Әlaqәli Xәbәrlәr