Xarici mətbuat, 20 avqust 2020
Xarici media orqanlarında dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

"azertag.az: Türkiyədə günəş batareyaları istehsal edən ilk fabrikin açılışı olub
"azertag.az": Hüseyn Cavidin “Şeyx Sənan” əsəri Özbəkistanın Buxara Vilayət Musiqili Dram və Komediya Teatrında özbək dilində tamaşaya qoyulacaq.
"Süddeutsche Zeitung": Almaniya kansleri Angela Merkel Avropa İttifaqı ölkələrinin Belarus keçirilən prezident seçkilərinin nəticələrini tanımadığını söylədi.
"Deutsche Welle": Almaniyanın Frankfurt şəhərində həbs etdikləri şəxsə qarşı zorakılıq tətbiq edən üç polis əməkdaşı işdən azad edildi.
"zdf.de": UEFA Çempionlar Liqasının yarım finalında "Lyon"u 3-0 məğlub edən "Bayern Münhen" finala vəsiqə qazandı.
"Le Parisien": (Fransada) Covid-19 böhranı ilə ərzaq yardımına olan tələbdə rekord artım var
"Le Figaro": Koronavirus: (Fransada) Təxminən 3 min 800 yeni yoluxma aşkarlandı, 31 adam reanimasiyada müalicə alır
"France 24": Belarus: Avropa İttifaqı (Aİ) Alexandr Lukaşenkonun yenidən seçildiyi seçki nəticələrini tanımır
"El Pais" (İspaniya): "Pandemiya kosmosdan gəldi". Bəzi elm adamları yeni tip koronavirusun oktyabr ayında Çinə düşən meteoritin içində gəldiyini irəli sürdülər.
"El Universal" (Meksika): Meksika 'Sputnik' adlı "COVID-19" peyvəndinin üçüncü mərhələsində iştirak etmək istəyini Rusiyaya çatdırdı.
"Infobae" (Argentina): (Venesuela lideri) Nikolas Maduro Türkiyə ilə ittifaqını gücləndirir.
"Əl-Jzeera": ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının (İsrail ilə münasibətlərdə) normallaşmada iştirak etməsi, İrana qarşı sanksiyalar və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə "F-35" razılaşmasına dair mətbuat konfransı keçirdi.
"Al-Raya" (Qatar): Yəmən: Xəstəxanaların yarısı və məktəblərin 70 faizi bağlanmaq təhlükəsilə qarşı-qarşıyadır.
"Al-Quds Al-Arabi: Tunis Prezidenti Qais Səid ölkəsinin Fələstin məsələsinə qəti mövqeyini təsdiqlədi.
"RİA Novosti": Rusiya Xmeymim bazasının genişləndirilməsi üçün Suriya ilə razılaşdı.
"TASS": (Rus müxalifət lideri) Aleksey Navalny Tomskdan Moskvaya uçuşu zamanı özünü pis hiss etdi və zəhərlənmə iddiası ilə xəstəxanaya yerləşdirildi. Vəziyyəti ciddidir, huşunu itirib.
"Lenta.ru": Bloomberg xəbərinə görə, Türkiyə Qara dənizdə yeni bir qaz yatağı aşkarladı. Araşdırmalar Rumıniya və Bolqarıstan sərhədləri yaxınlığındakı "Fatih" qazma gəmisi tərəfindən aparılıb.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar