Xarici mətbuat, 30 iyul 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları

1464573
Xarici mətbuat, 30 iyul 2020

"azertag.az": Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir.

"trend.az": İtaliya Senatının Xarici işlər daimi komissiyasında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə bağlı Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin iştirakı ilə dinləmələr keçirilib.

"Newsabah" (İraq): UNICEF (Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu): Yeddi milyona yaxın uşaq kifayətsiz qidalanma ilə qarşı-qarşıya qalacaq.
"Raya" (Qətər): Qətərda koronavirus bərbərxanalar və idman salonlarında işləyənlərə koronavirus testi tətbiq olunmağa başladı.
"Addustor" (Oman): İordaniya siyasətçisi və iqtisadçısı Cewad Elanani İordaniya iqtisadiyyatının bu il 4,3 faiz kiçiləcəyini gözləyir.
"Le Figaro": Siyasətçilərə olan inamla əlaqədar bir araşdırmanın nəticələrinə görə, Prezident Emmanuel Makrona inam 6 bal artdı, yeni Baş nazir Jean Castex isə fransızların 50 faizdən çoxunun etimadını qazandı.
"Le Parisien": (Sağlıqla əlaqədar böhranı səbəbiylə) Qurban bayramı "İle-de-France"də (Paris də əhatə edən bölgə) sərt tədbirlər altında qeyd olunacaq.
"El Mundo" (İspaniya): İspaniyada iqtisadiyyat narahatlıq doğurur: Turizmdə tətbiq olunan tədbirlər düz 5 milyon işçisi olan ən azı 8 sektora təsir göstərəcək.
"El Pais" (İspaniya): Koronavirus epidemiyası İspaniyada yenə sərt tədbirlər görülən dövrdəki tempinə çatdı. Yeganə fərq xəstələrin daha gənc və vəziyyətlərinin daha az ağır olmasıdır.
"El Nacional" (Venesuela): Braziliya "Covid-19" səbəbiylə ölüm hallarının yeni bir rekordu ilə qarşı-qarşıya ikən turistik məqsədli uçuşları bərpa etdi.
"Süddeutsche Zeitung": ABŞ Almaniyadan 11 min 900 əsgər çıxaracaq
"Deutsche Welle": İngiltərənin Ankaradakı keçmiş səfirinin rəhbəri "MI6"-ın rəhbəri təyin olundu (İngiltərə Xarici Kəşfiyyat Xidməti)
"Zeit Online": Almaniyada risk zonalarından qayıdanlar gələn həftə hava limanlarında (koronavirus) testindən keçmət məcburiyyətində qalacaqlar.
"Regnum" xəbər saytı: Rusiyalı alimlər koronavirusun suda nə qədər müddətinə sağ qaldığını müəyyənləşdiriblər: ən çox 24 saat.
"İzvestiya" qəzeti: (ABŞ prezidenti Donald) Tramp ölkəsinin Rusiyaya enerji üçün milyardlarla dollar ödəyən Almaniyanı qorumaq öhdəliyi olmayacağını söylədi.
"TASS" agentliyi: Belarusda Rusiya vətəndaşları terror hücumu şübhəsi ilə saxlanıldı.



Әlaqәli Xәbәrlәr