Xarici mətbuat, 21 iyul 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları

1458928
Xarici mətbuat, 21 iyul 2020

“azertag.az”(Azərbaycan): Vaqif Dərgahlı: Ermənistan silahlı bölmələrinin Tovuz istiqamətində təxribatları zamanı ərazi itkimiz olmayıb

“Trend.az” (Azərbaycan): Hikmət Hacıyev: Bu təxribat təsadüfi deyil və əvvəldən planlaşdırılmış bir təxribat idi

 "Le Parisien": Avropa İttifaqı (Aİ) sammiti nəticəsində 27 üzv dövlət xilasetmə proqramı ilə bağlı razılığa gəldi.

"Le Monde": Fransada koronavirus: Yeni növ koronavirusun yayılma sürətində bir qədər artım müşahidə olunub

"Le Soir" (Belçika): Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada "Covid-19" epidemiyasının sürətlə yayılmasından narahatdır.

"El Pais" (İspaniya): İspaniyanın Baş naziri Pedro Sançes Avropa İttifaqı sammiti zamanı "balans" rolu oynadı.

"La Vanguardia" (İspaniya): Avropa İttifaqı iqtisadi bərpaya dair əsas sazişi təsdiqlədi.

"İnfobae" (Argentina): Venesuelaya qayıdan mühacirləri "bioterrorçular" adlandıran prezident Nikolas Maduro üzr istəməli oldu.

"Newsabah": ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon: Taliban ilə razılaşma əsasında (Əfqanıstanda) beş hərbi bazadan çıxdıq.

"Eldustur": "Covid-19" 2020-ci ilin ilk rübündə dünya borcunu 258 trilyon dollara qaldırdı.

"Elquds": Ərəb Birliyinin baş katibi Əhməd Aboul Gheit beynəlxalq birliyi Yəmən xalqını aclıqdan qorumaq üçün maliyyə yardımı ilə bağlı öhdəliklərini yerinə yetirməyə dəvət etdi.

"Deutsche Welle": Greenpeace - Almaniyanın silah ixracı prinsiplərini sistemli olaraq pozur.

"Bild.de": Mütəxəssislər "Covid-19" nəticələrinə dair xəbərdarlıq etdi - Alman iqtisadiyyatı ən erkən 2022-ci ildə bərpa olacaq.

"Tagesschau.de": Avropa İttifaqı sammitində razılaşma - Trilyon avroluq maliyyə paketi hazırdır.

"Lenta.ru" xəbər saytı: Rusiya Müdafiə Nazirliyi "Covid-19" peyvəndinin hazır olduğunu bildirdi.

"Rossiyskaya Gazeta":  Qətldə iştirak etdiyi iddia edilərək vəzifədən azad edilən Xabarovsk valisi Furgalın yerinə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təyin olunan Mihail Degtyarev vəzifəsinin icrasına başlayıb. Bir müddətdir ki, Xabarovsk xalqı keçmiş qubernator Furqalı dəstəkləyən nümayişlər keçirirdi.

“İzvestiya” qəzeti: Beynəlxalq reyslər ilk növbədə Rusiyanın yalnız 6 şəhərində başladılıla bilər.



Әlaqәli Xәbәrlәr