Xarici mətbuat, 20 iyul 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1458270
Xarici mətbuat, 20 iyul 2020

"Frankfurter Allgemeine Zeitung": İsraildə hökumətin koronavirusla mübarizə siyasətinə qarşı çıxan minlərlə şəxs etiraz aksiyası keçirib.

"Süddeutsche Zeitung": Almaniyada elektron poçt vasitəsilə göndərilən həddindən artıq sağ yönümlü mesajlar davam edir.

"Deutsche Welle": ABŞ-ın Texas və Arizona ştatlarında "Covid-19" xəstəliyindən ölənlərin sayı artdığından morqlarda yer qalmayıb.

"France 24": Fransada "Covid-19" epidemiyasının yenidən artması ilə əlaqədar qapalı ictimai məkanlarda maska taxmaq bazar ertəsindən etibarən yenidən məcburi hal alıb. Maska taxmayanlar 135 avro cərimələnəcəklər.

"Le Soir": Koronavirus: Belçikada bir həftə ərzində yeni yoluxma sayında 61 faiz artım qeydə alınıb.

"France 24": Küveyt əmiri xəstəxanaya yerləşdirilib. “Körfəz bölgəsi vasitəçisi”nin səhhəti ilə bağlı narahatlıqlar var. "Al-Raya Al-Katariya" (Qətər): Səudiyyə Ərəbistanı beynəlxalq hüququ pozan ölkələrin ən öndə gedənidir.

"El-İMARAT EL-YAUM" (Birləşmiş Ərəb Əmirlikləri): Suriyalılar yeni parlament üçün səs veriblər.

"VATAN" (Oman): Azərbaycanla Ermənistan arasında davam edən döyüşlərlə eyni vaxtda Rusiya hərbi təlimlər keçirir.

"El Pais" (İspaniya): Brüsselin təzyiqləri İspaniya hökumətini, hazırladığı Biznes İslahatları paketinə dəyişikliklər etməyə məcbur edir.

"El Mundo" (İspaniya): İspaniya koronavirus epidemiyasının artmasına nəzarət etmək üçün bu həftə yeni qərarlar qəbul edəcək.

"El Nacional" (Venesuela): "Covid-19"la bağlı tədbirlər səbəbindən Latın Amerikasının bir çox hissəsində etirazlar baş verir: Ən azı 8,5 milyon yeni işsizin olması nəzərdə tutulur.

"Gazetem.ru xəbər saytı": Rusiyada "Covid-19" peyvəndinin kliniki sınaqlarında sevindirici irəliləyiş: Peyvəndin klinik sınaqları Burdenko xəstəxanasında tamamlanmaq üzrədir və sonuncu könüllülər qrupu evə buraxılıb. "Kommersant qəzeti": Çarter reysləri başlayarsa Türkiyəyə 3,5-4 milyon rusiyalı turist gedəcək.

"Ria Novosti": İtaliya alimləri ultrabənövşəyi şüaların koronavirusu məhv etməkdə effektiv olduğunu sübut ediblər.



Әlaqәli Xәbәrlәr