Xarici mətbuat, 14 iyul 2020

“Deutsche Welle”, “ard.de”, “zdf.de”, “Equds”, “Eldustur”, “Elraya”, “El País”, “La Tercera”, “El Tiempo”, “France 24”, “Le Figaro”, “Le Soir”, RT, “Rossiyskaya qazeta” və “İzvestiya” bu gün nələrdən yazır?

1454592
Xarici mətbuat, 14 iyul 2020

 

“ard.de”: Almaniyanın səhiyyə naziri Yens Span (Jens Spahn) yeni tip korona virusu (Covid-19) epidemiyasında ikinci dalğa təhlükəsinin gerçək olduğunu söylədi.

“Deutsche Welle”: Müxtəlif ölkələrdən 80-dən çox milyoner hökumətlərinin çağırışına səs verərək korona böhranı zamanı onlardan daha çox vergi alınmasını istədilər.

“zdf.de”: Almaniyann A Milli futbol komandası ilə Türkiyənin A Milli futbol komandası hazırlıq matçında 7 oktyabrda Kölndə qarşılaşacaqlar.

“Equds”: Yəmən ordusunun məlumatına görə, Sananın şimalındakı qarşıdurmalarda husilərdən ölən və yaralananlar var.

“Eldustur”: Koronaya əlac etmək üçün Birləşmiş Ərəb Əmirlikləri lazer texnikasından istifadə edir.

“Elraya”: İordaniya kralı Abdullah “İsrailin Fələstin torpaqlarını işğal etməsi barış yollarını baltalayır” dedi.

“El País” (İspaniya): Katalonya Məclisinin sədri Roqer Torrentin telefonuna casus proqramı vasitəsilə sızılmış.

“La Tercera” (Çili): Bolsonaro karantin haqqında "Evdə qalmağa dözə bilmirəm, qorxunc bir şeydir" dedi.

“El Tiempo” (Kolumbiya): ABŞ səlahiyyətliləri göl sahilində cansız bədənin itkin düşən Porto Rikolu aktrisa Naya Riveraya aid olduğunu bildirdi.

“France 24”: Fransa Milli Bayramını “Covid-19”un kölgəsində qeyd edir.

“Le Figaro”: “Covid-19” Kaliforniya iqtisadiyyatının bir qisimini yenidən bağlayır.

“Le Soir” (Belçika): Belçikada korona virusundan ölkədə son 24 saatda ölüm hadisəsi yaşanmasa da, yoluxma hallarının 11 faiz artdığı müşahidə edilib.

RT: Rusiyanın ilin ikinci rübündə qızıl ixracatından əldə etdiyi gəlir qaz ixracatından əldə etdiyi gəliri keçib.

“Rossiyskaya qazeta”: Rusiya 15 iyuldan ölkəyə gələnlərə karantin şərtini qaldırır.

“İzvestiya” qəzeti: Suriyada Rusiya mövqeləri haqqında kəşfiyyat materialı toplayanlar tutuldu.



Әlaqәli Xәbәrlәr