Xarici mətbuat, 9 iyul 2020

“zdf.de”, “Deutsche Welle”, “Welt.de”, “Al Quds Al Arabi”, “Al Jazeera”, “Addustour”, “France 24”, “Le Monde”, “Le Parisien”, “El Pais”, “El Nacional” və “El Mundo” bu gün nələrdən yazır?

1451821
Xarici mətbuat, 9 iyul 2020

 

zdf.de”: Almaniya kansleri Angela Merkel Belçikanın paytaxtı Brüsseldə etdiyi çıxışında korona böhranı qarşısında Avropa ölkələrinin birlik və bərabərlik içində hərəkət etməsi lazım olduğunu vurğuladı.

Deutsche Welle”: Korona Almaniya şirkətlərinin xarici sərmayələrini də vurdu.

Welt.de”: Suriyaya göndərilən BMT humanitar yardım proqramının müddəti Rusiya və Çinin vetosu səbəbindən uzadıla bilmədi.

Al Quds Al Arabi”: Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Liviya hökumətini dekabr ayında rəsmi Ankara və Trablus arasında imzalanan hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində dəstəkləməyə davam edəcəklərini təkrarladı.

Al Jazeera”: İsrail Həmasa məhkumların dəyişməsi ilə bağlı yeni təklif etdi.

Al Jazeera”: Qətərin xarici işlər naziri Şeyx Məhəmməd ibn Abdul Rəhman əl-Thani "Liviyadakı böhranı həll etmənin yolu əhatəli bir atəşkəsdir" dedi.

Addustour” (İordaniya): Rusiya prezidenti Vladimir Putin "Fələstin problemini həll etmək üçün beynəlxalq bir fikir birliyi lazımdır"

France 24” (Fransa): Fransada “Covid-19” böhranına görə işdən çıxarmalar keçən ilə görə iki dəfə artdı.

Le Monde” (Fransa): “Nokia” şirkəti Fransada 1233 adamı işdən çıxarmağı planlaşdırır. Hökumət bu planı “qəbuledilməz” adlandırıb.

Le Parisien” (Fransa): Fransa tullantı sularında “Covid-19” izlərinin olması fikrindən sonra Tibb Akademiyası bu sulara sistemli nəzarət olunmasını təklif etdi.

El Pais” (İspaniya): İspaniyanın turistik Balear adalarında məsafə qaydası olmasına baxmayaraq, maska taxma zəruriliyi də gətiriləcək.

El Nacional” (Venezuela): “Covid-19” dövründə ABŞ-ın neft ehtiyatlarındakı azalma üzündən Venezuelada benzin artımlı qiymətdən satılır.

El Mundo” (İspaniya): Hökumət ortağı “Unidas Podemos” partiyası İspaniyada qeydiyyatda olan 600 min xarici immiqranta vətəndaşlıq verilməsini təklif etdi.        



Әlaqәli Xәbәrlәr