Xarici mətbuat, 7 iyul 2020

“Al Quds Al Arabi”, “Al Jazeera”, “Al Raya Al Qatariyye”, “El País”, “La Vanguardia”, “İnfobae”, “Deutsche Welle”, “Tagesschau.de”, “Zeit.de”, “Le Monde”, “Le Parisien”, “Lenta.ru”, “İzvestiya“ və TASS bu gün nələrədn yazır?

1450381
Xarici mətbuat, 7 iyul 2020

 

“Al Quds Al Arabi”: İngiltərənin baş naziri Boris Conson israilli həmkarı Binyamin Netanyahu ilə telefon söhbətində İsrailin işğal altındakı Qərbi İordaniya sahillərinin ilhaq planlarından narahat olduğunu bildirib.   

Al Jazeera” (Qətər TV): Nahda anbarı ilə bağlı təməl anlaşılmazlıq davam edərkən Misir və Efiopiya arasında yeni bir müzakirə dövrü başlandı.

Al Raya Al Qatariyye” (Qətər): Ərəb - Çin əməkdaşlığı ortaq maraqlara söykənir.

El País” (İspaniya): İspaniya hökuməti çətin vəziyyətdə olan ailələrin evdən çıxarılma və kirayə ödəmələrini 30 sentyabra qədər təxirəsalma qərarı verəcək.

La Vanguardia” (İspaniya): Meksika prezidenti Andrés Manual López Obrador ABŞ-a səfərində ölkə prezidenti Donald Trampla iki görüşdə olacaq.

İnfobae” (Argentina): Braziliya prezidenti Yair (Jair) Bolsonaro korona virusu şübhəsiylə əlaqədar test edilib.

Deutsche Welle”: Almaniya hökumətinin turizm məsulu Tomas Bareya korona virusu epidemiyası ilə bağlı Türkiyəyə qarşı səyahət xəbərdarlığının qısa müddətdə qaldırılması istiqamətində müsbət mesajlar verdi.

Tagesschau.de”: Almaniya ölkədəki ABŞ hərbi birliklərinə 10 ildə 1 milyard avro xərcləndiyini açıqlayıb.

“Zeit.de”: Almaniya Daxili İşlər Nazirliyinin təhlükəsizlik təşkilatında irqçi ayrı-seçkiliklə əlaqədar araşdırma aparılmasının ləğvi reaksiyalara səbəb olub.

Le Monde”: Fransada Jan Kasteks (Jean Castex) hökumətində son vəziyyət: bir neçə sürpriz ad, güclənən sağçılar, böyük dəyişikliklərinsə olmaması.

Le Parisien”: Fransa Sosialist Partiyasının baş katibi Olivye Fore (Olivier Faure) "Bu, hökumət deyil, kral olmaq istəyən bir prezidentin kaprizidir" dedi.

Lenta.ru” (Rusiya): Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ölkənin ABŞ-a etibarını itirdiyini söylədi.

İzvestiya“ (Rusiya): Rusiyadakı idarələrin yarısına yaxını yenidən işə başladı.

TASS (Rusiya): Rusiya Federasiyası Nazirlər Kabineti Rusiya səfirlərinin ikili vətəndaşlığını qadağan edən qanun layihəsini dəstəklədi.



Әlaqәli Xәbәrlәr