Xarici mətbuat, 3 iyul 2020
“Le Monde”, “France 24”, “Le Figaro”, “Eldustur”, “Elraya”, “Sueddeutsche.de”, “Deutsche Welle”, “Zeit.de”, “İnfobae”, “Telesur”, “Gazeta.ru”, TASS və “Lenta.ru” bu gün nələrdən yazır?

“Le Monde”: Makron normala dönüşün çətin olacağını düşünür və təqaüd islahatını həyata keçirmək istəyir.
“France 24”: Fransa müstəmləkə dövründən qalmış 24 döyüşçünün nəşini Əlcəzairə qaytarır.
“Le Figaro”: “Air France” işçi sayı və qısa məsafəli yük uçuş şəbəkəsində daralmağa gedir.
“Eldustur” (İordaniya): Amerika Birləşmiş Ştatlarındakı yoluxucu xəstəliklər üzrə mütəxəssis Entonu Fuçi (Anthony Fuchi) korona peyvəndlərinin son test mərhələsinin iyulun sonlarında başlayacağını bildirdi.
“Elraya” (Qətər): Liviyada siyasi variantların gözdən keçirilməsi üçün Qətər və Türkiyə arasında fikir birliyi vardır.
“Sueddeutsche.de”: Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın NATO-ya Şərqi Aralıq dənizindəki gərginliklə bağlı doğru məlumat vermədiyini və bu mövzuda rəsmi Parisin üzr istəməli olduğunu dedi.
“Deutsche Welle”: Almaniya sosial media qanunu Türkiyəyə nümunə ola bilərmi?
“Zeit.de”: Almaniya xarici işlər naziri Maas Türkiyəyə korona səyahət xəbərdarlığını nəzərdən keçirəcəyini söyləyib.
“İnfobae” (Argentina): Latın Amerikası Ölkələri İqtisadi Komissiyası (Cepal) Latın Amerikasında 2,7 milyondan çox rəsmi şirkətin bağlanacağı ilə bağlı xəbərdarlıq etdi.
“Telesur” (Kuba): Bir araşdırmaya görə, Braziliyada 2019-cu ildən bəri “Covid-19” var.
“Gazeta.ru”: Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Amerika Birləşmiş Ştatlarını digər ölkələrin daxili işlərinə qarışmamağa çağırdı.
TASS: Rusiyada beynəlxalq uçuş qadağası hələlik 1 avqusta qədər uzadıldı.
“Lenta.ru”: Rusiyadakı referendumdan 77,92 lehinə səs toplandı.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar