Xarici mətbuat, 30 iyun 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1446026
Xarici mətbuat, 30 iyun 2020

"azertag.az": TANAP artıq ikinci ildir ki, Türkiyəyə Azərbaycan təbii qazını nəql edir

"trend.az": Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi “Yenidən başlamaq üçün Türkiyənin rəngləri sizi gözləyir” şüarından istifadə edərək ölkənin təbii və tarixi zənginliyini tanıdan filmlə turistləri Türkiyəyə istirahətə dəvət edir.

"Le Parisien": Ile-de-Franceda (Parisi də əhatə edən bölgə) bələdiyyə seçkiləri (nəticələri): şəhərlərin başçısı olan qadınların sayı artır (qadın bələdiyyə başçılarının sayı artır mənasında)

"Le Figaro": Gənc miqrantlar Parisdə (qeyri-qanuni) düşərgə qurublar (hələ ki yaşayış icazəsi və ya hər hansı sənədi olmayan 70-ə yaxın gənc miqrant Parisdə düşərgə qurub)

"Le Soir" (Belçika): Avropanın bərpa planı: (Almaniya kansleri Angela) Merkel və (Fransa prezidenti Emmanuel) Makron “Boltları bərkidək” (bizdəki kəmər bərkitmə siyasəti) əməliyyatına başlayır.

"Bild.de": Almaniyada artıq heç kəs koronavirus qaydalarına riayət etmir

"Deutsche Welle": Venesuela Avropa İttifaqının sanksiyalarına cavab olaraq Avropa İttifaqı səfirini deportasiya etmək qərarına gəlib

"ard.de": Almaniya kansleri Merkel ölkəsinin Avropa İttifaqına növbəti sədrliyindən əvvəl Fransa prezidenti Makronu Berlində qəbul edib.

"Al-Jazeera": Avropa Parlamentinin üzvü, təmsilçi Çarls Querrrense Birləşmiş Ərəb Əmirliklərindən, Beynəlxalq Əmək Təşkilatının işçi hüquqları ilə bağlı qanunlarını təcili olaraq tətbiq etmələrini istəyib.

"Al Jazeera": Ər-Riyad (Səudiyyə Ərəbistanı) və Vaşinqton (Amerika Birləşmiş Ştatları) İrana qarşı embarqonun müddətinin uzadılmasını istəyirlər

"Al Quds Al Arabi": İran (İnqilab Keşikçiləri Briqadası Komandiri) Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar (ABŞ Prezidenti Donald) Tramp üçün həbs qərarı verib və İnterpoldan kömək istəyib.

"Al Raya" (Qətər): Suriyanın gələcəyini dəstəkləmək üçün bu gün Brüssel konfransı işə başlayır.

"El País" (İspaniya): İspaniyanın baş naziri Pedro Sançes bu gün Mavritaniyaya edəcəyi səfərlə pandemiya dövründə ara verdiyi xarici səfərlərinə geri qayıdır.

"La Vanguardia" (İspaniya): Avropa İttifaqı iyulun 1-dən etibarən 15 ölkəylə sərhədlərini açır. ABŞ, Rusiya və Braziliya siyahıdan kənarda qaldı

"Infobae" (Argentina): Venesuela prezidenti Nikolas Maduro Avropa İttifaqının sanksiya qərarından sonra qurumun Karakasdakı (Venesuelanın paytaxtı) nümayəndəsini ölkədən qovdu. (Nümayəndə: Isabel Brilhante Pedrosa)

"TASS": Rusiya Xarici İşlər Nazirliyi: ABŞ nüvə sınaqlarına yenidən başlamağın yolunu açdı.

"RİA Novosti": Rusiya Federal Təhlükəsizlik Xidməti Vladiqafqazdakı terror hücumunun qarşısını aldı.

"TASS": ABŞ Rusiyaya qarşı ixrac məhdudiyyətlərini sərtləşdirdi.



Әlaqәli Xәbәrlәr