Xarici mәtbuat, 29 iyun 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1445355
Xarici mәtbuat, 29 iyun 2020

"azertag.az": Hikmət Hacıyev: Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədi

"trend.az": Fəxrəddin Altun: Türkiyədə istirahət etmək həm təhlükəsiz, həm də sağlıqlıdır

"Al-Jazeera": İlhaq planı: Fələstinli qruplar genişmiqyaslı müqavimət göstərməyə çağırdı.
"Al-Raya" (Qətər): BMT rəsmisi İordan çayının qərb sahilinin ilhaqının qarşısını almaq üçün addımların atılmasını istədi.
"Bild.de": Almaniyanın paytaxtı Berlində Məclis binasını yandırmaq cəhdi... Naməlum şəxslər Məclis binasına yanan materiallar atdılar.
"Deutsche Welle": Almaniyada ət çox ucuzdur mübahisəsi...

Almaniyada ət fabriklərində çox sayda koronaya yoluxma faktının qeydə alınması ət kəsmə məntəqələrindəki iş şəraitinin pis olması səbəbiylə ətin qiymətinin çox aşağı olması barədəki mübahisələri alovlandırdı. Ət niyə ucuzdur və qiymət necə müəyyənləşdirilir?
"Spiegel.de": Dünya miqyasında yeni növ koronavirusdan ölənlərin sayı yarım milyonu keçdi.

"El Pais" (İspaniya): İspaniya 7 kömürlə işləyən istilik elektrik stansiyasını bağladı və bu daşlaşmış qalıq yanacağını yenidən torpağa basdırmaq üçün proses başlandı.
"El Mundo" (İspaniya): "Covid-19" infeksiyası Əlcəzair sahillərindən İspaniyanın Balear adalarına qaçqın axınına fəallıq qazandırdı.
"El Nacional" (Venesuela): Venesuelada ciddi karantin tədbirləri görülən bölgələrdə bank filialları xidmət göstərməyəcək.
"Le Monde": (Fransada) 2020 Bələdiyyə Seçkiləri: Fransanın böyük şəhərlərində Yaşıllar Hərəkatının tarixi qələbəsi.
"France 24": Polis zorakılığına qarşı mübarizə: Fransa vətəndaşı Assa Traoré (2016-cı ildə Fransada polis tərəfindən öldürülmüş Afrika mənşəli şəxsin qardaşı) ABŞ-da mükafatlandırıldı
"Le Soir" (Belçika): Avropa Şurası Belçikanı gəlir ədalətsizliyinə görə tənqid etdi.
"Lenta.ru" xəbər saytı: Belarusiya prezidenti Aleksandr Lukashenko ölkəsinin hələ də bölünmə ilə təhdid edildiyini söylədi.
"İzvestiya": Pandemiyadan sonra Rusiyada diabet xəstələrinin sayı artacaq.
"TASS": Həkimlər Rusiya istehsalı olan "Covid-19" peyvəndi test edilən insanlarda əlavə təsirlərin müşahidə olunmadığını bildirdilər.



Әlaqәli Xәbәrlәr