Xarici mətbuat, 11 iyun 2020

Xarici media vasitәlәrindә bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1433815
Xarici mətbuat, 11 iyun 2020

"zdf.de": Almaniyada Nazirlər Şurası Avropa İttifaqı (Aİ) xaricindəki ölkələrə səyahət xəbərdarlığını 31 avqusta qədər uzatdı.
"Welt.de": Almaniyanın xarici işlər naziri Hayko Maas Təl-Əviv rəhbərliyinin işğal altındakı İordan çayının  qərb sahilinde yerləşən qeyri-qanuni yəhudi məskunlaşması və İordaniya vadisini "ilhaq" planının beynəlxalq hüquqa zidd olduğunu söylədi.
"Deutsche Welle": Almaniyanın Köln şəhərində 16 il əvvəl Keup küçəsində həyata keçirilən irqçi hücum səbəbi ilə anım mərasimi təşkil edildi.
"Le Figaro": Fransa prezidenti Emmanuel Makron koronavirusun "böhrandan sonrakı" dövrü ilə əlaqədar qeyri-müəyyənliklər haqqında qapını açdı.
"Fransa 24": Aİ "Covid-19" tədbirləri çərçivəsində bağladığı sərhədlərini iyulun 1-dən yenidən aça bilər.
"Le Monde": 2020-ci ildə Fransaya ağır iqtisadi tənəzzülün gələcəyi gözlənilir.
"Alquds Alarabi": İngilis "İndependent" qəzeti Liviyada Xəlifə Hafterin qərbli muzdlu əsgərlər və iş adamları tərəfindən on milyonlarla dollarlıq fırıldaq gəlindiyi, aldığı hərbi vəsait və xidmətlərin ona təhvil verilmədiyini bildirdi.
"Aljazeera.net": Rəsmi Qahirə Xəlifə Hafterə alternativ tapıla biləcəkmi, yoxsa Liviyadakı layihənin tənəzzülünü təqib edərəkmi kifayətlənəcək?
"Addustour.com": Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şərqi Aralıq dənizi bölgəsində koronavirus yoluxmasının davamlı olaraq artmasından narahatdır.
"El Pais": (İspaniya) Tədqiqatlar göstərir ki, maskaların uzun müddət istifadəsi pandemiyanın ikinci və üçüncü dalğasının qarşısını ala bilər.
"El Mundo": (İspaniya) 10 yaşına çatmamış uşaqların sentyabr ayında məktəbə qayıtması üçün ilk şərtlər: Dərslər kiçik siniflərdə parklarda tədris ediləcək, siniflərdə yemək yeyiləcək və hər məktəbdə "Covid-19" işçi qrupu olacaq.
"TeleSur": (Venesuela) Venesuela prezidenti Nikolas Maduro bölgə iqtisadiyyatını gücləndirmək üçün bəzi əhəmiyyətli layihələrə fəallıq qazandırılmasının vacibliyini dilə gətirib.
"İzvestiya" qəzeti: ABŞ qoşunları Suriyadakı Rusiya patrul heyətinin yolunu kəsməyə cəhd göstərib.
"Gazeta.ru" xəbər saytı: ABŞ Konqresi Rusiyanı terrorun sponsoru elan etməyi təklif etdi.
"RT" xəbər saytı: Koronavirusa qarşı istehsal olunan "Avifavir" adlı Rusiya dərmanı bölgələrə göndərilməyə başlandı.



Әlaqәli Xәbәrlәr